Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5098/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.2001-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Cavadxan küçəsində yerləşən Zərifə Əliyeva adına parkda və 7-ci Polis Bölməsində polisin qanuni tələblərini pozmuşdur. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Zərifə Əliyeva adına parkda olarkən xalası oğlu ilə aralarında söyüş söyərək zarafat etmişdirlər.Daha sonra həmin vaxt parkda olan polis əməkdaşı nə üçün söyüş söyürsüz deyə soruşduqda onlar da polis əməkdaşına söyüş söymədiklərini öz aralarında zarafat etdiklərini söyləmişdirlər. Bu zaman polis əməkdaşı ərazidə xidmət aparan polisləri çağıraraq onları 7-ci Polis Bölməsinə gətirmişdirlər. Polis Bölməsində polislərlə aralarında münaqişə yaranmışdır. Etdiyi əməldən peşman olmadığını bildirmişdir. O polis bölməsində olarkən 10-15 nəfər polis əməkdaşı tərəfindən döyüldüyünü lakin onlardan şikayəti olmadığını bildirmişdir. İş üzrə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cavadxan küçəsində yerləşən Zərifə Əliyeva adına parkda və 7-ci Polis Bölməsində polisin qanuni tələblərini pozmuşdur.Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında iki nəfər şəxsin nalayiq söyüşlər söydüyünü görmüş və onlara yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsləri intizama dəvət etdikdə üzərinə hücum çəkərək polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdırlar. Məlum olmuşdur ki, həmin şəxslər X9 və Şəxsdur. Şəxs güclə geyindirərək sərxoşluğunun müəyyən edilməsi üçün tibb müəssisəsinə apardıqlarını, onları 10 nəfər polis əməkdaşının sakitləşdirə bilmədiyini, polisə hücum etdiyi qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 X14 polis nəfəri, polis serjantı X8 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:36 radələrində iki nəfər vətəndaşın Zərifə Əliyeva adına istirahət parkında bir-birləri ilə dava-dalaş etdiklərini görüb həmin vətəndaşlara yaxınlaşmışdırlar. Özlərini təqdim edərək onları sakitləşdirməyə çalışdıqda onlara qarşı söyüş söyərək ardınca “gedin işinizlə məşğul olun” ifadəsini işlətmişdirlər. Dərhal ərazidə xidmət aparan 2421 çağırışlı avtopatrulu köməyə çağırmışdırlar. Avtopatrul yaxınlaşdıqda onları 7-ci Polis Bölməsinə dəvət etmişdirlər. Lakin göstərişə əməl etməyərək, yenidən söyüş söyərək və müqavimət göstərərək yayınmağa çalışmışdırlar. Lakin fiziki qüvvə tətbiq edərək, onları avtopatrula əyləşdirib 7-ci Polis Bölməsinə gətirmişdirlər. Bölməyə təhvil verərkən bölmənin əməkdaşlarına ünvanlı söyüşlər söyərək əl-qol atmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 X14 polis nəfəri, polis serjantı X10 məhkəməyə verdiyi izahatında X6 izahatına uyğun ifadə vermiş və göstərilən halları təsdiq etmişdir. O, həmçinin ifadəsində Vasif Əsgərovun ondan əl çəkməyəcəyi ilə bağlı onu hədələdiyini, bölmə əməkdaşlarının iş rejimini pozduğunu və onu təhqir etdiyini qeyd etmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şamaxı Rayon Məhkəməsinin icraatında cinayət işi vardır. Məhkəmə araşdırması zamanı onun əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə minimum həddə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 02 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 03:45 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi 02 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5098/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5098/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver