Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5104/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə, X2 Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 31 iyul 2024-cü il tarixli ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 31 iyul 2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, digər sürücünün inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə Binəqədi rayonu DSK yolu ərazisində idarə etdiyi **-JA-*** dövlət qeydiyyat nömrəli “İSUZU NPR 75L-K Yük” markalı və **-XG-*** qeydiyyat nömrəli “Hyundai Santafe minik” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Binəqədi rayon DYPŞ-in əməkdaşı polis leytenantı Maşalah Paşayevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla və xx.xx.2024-cü il tarixli TP 637702 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin 3(001)-2982/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli TP 637702 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi rayon Dövlət X7 göndərilmişdir. Lakin, işə yenidən baxmış Binəqədi rayon X8 Şöbəsi təkrarən yanlış nəticəyə gələrək sözügedən hadisə nəticəsində onu təqsirli bilmiş, xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qərar qəbul edilərkən heç bir araşdırma aparılmamış, eləcə də, tərəflərin heç birinin izahatı alınmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Həmin yol-nəqliyyat hadisəsini özündə əks etdirən videofayla nəzər yetirdikdə aydın olur ki, **-XG-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Santafe minik” markalı avtomobilin sürücüsü tərəfindən manevr qaydaları kobud surətdə pozulmuşdur. Belə ki, onun idarə etdiyi **-JA-*** qeydiyyat nömrəli, “İSUZU NPR 75L-K Yük” markalı avtomobillə sol zolaqda hərəkət etdiyi zaman qarşısındakı **-XG-*** qeydiyyat nömrəli “Hyundai Santafe” markalı avtomobil ilk növbədə sağ zolağa daha sonra isə manevr qaydalarını pozaraq qəflətən yenidən sol zolağa keçir və nəticədə yol-nəqliyyat hadisəsi baş verir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən tələbləri nəzərə alındıqda **- XG-*** qeydiyyat nömrəli, “Hyundai Santafe” markalı avtomobilin sonuncu manevri manevr qaydalarının onun tərəfindən pozulmasıdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsi, Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 31 iyul 2024cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, digər sürücünün inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Binəqədi Rayon Polis İdarəsinin Dövlət X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli, Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 31 iyul 2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X7 göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 31 iyul 2024-cü il tarixli ******* nömrəli inzibati təhbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü ildə Binəqədi rayonu DSK yolu ərazisində **-JA-*** dövlət qeydiyyat nişanlı “İSUZU NPR 75L-K Yük” markalı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbinə əməl etməyib manevr qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsinin videogörüntüsündən görünür ki, **-JA-*** dövlət qeydiyyat nişanlı “İSUZU NPR 75L-K Yük” markalı avtomobil Binəqədi rayonu DSK yolunda ikitərəfli avtomobil yolunun sol zolağı ilə hərəkət edir, bu zaman sağ zolaqla hərəkət edən **-XG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı avtomobili idarə edən şəxs özündən irəlidə hərəkət edən nəqliyyat vasitəsini ötmək üçün qəflətən sol zolağa doğru manevr edir və sol zolaqla hərəkət edən nəqliyyat vasitəsilə toqquşur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 42-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. 51-ci maddəsinin İ hissəsinə görə ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, **-XG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” markalı avtomobilin sürücüsü ötməyə başlamazdan əvvəl sol zolaqla hərəkət edən **-JA-*** dövlət qeydiyyat nişanlı “İSUZU NPR 75L-K Yük” markalı avtomobili gözləməli, daha sonra girmək istədiyi hərəkət zolağına daxil olmalı idi. O, isə girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boş olmadığı və bu manevr ilə o, bu zolaqda gedən **-JA-*** dövlət qeydiyyat nişanlı “İSUZU NPR 75L-K Yük” markalı avtomobil üçün maneə yaranacağını görməli olduğu halda təhlükəli manevr etmiş və nəticədə həmin avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Göründüyü kimi **-JA-*** dövlət qeydiyyat nişanlı “İSUZU NPR 75L-K Yük” markalı avtomobili idarə etmiş B.Xankişiyevin xx.xx.2024-cü il tarixdə manevr etmə qaydasının pozuntusuna yol verdiyi sübut edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 31 iyul 2024-cü il tarixli ******* nömrəli qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Binəqədi Rayon Dövlət X7 göndərilməlidir. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və digər sürücünün inzibati məsuliyyətə cəlb edilməsi hissəsilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2024-cü ildə Binəqədi rayonu DSK yolunda **-JA-*** dövlət qeydiyyat nişanlı “İSUZU NPR 75L-K Yük” markalı və **-XG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe minik” markalı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi səlahiyyətli orqanda əlavə araşdırma tələb etdiyindən, habelə hadisədə təqsirli olan şəxs müəyyən edilməli olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi indiki halda mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 31 iyul 2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X7 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5104/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5104/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver