Məhkəmə qərarları › İş №3(001)-5107/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5107/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5107/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi Novruzova Cəmilə Davud qızının katibliyi, Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri X6 Şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətə və ona əlavə olunmuş materiallara baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şikayət onunla əsaslandırılmışdır ki, X6 İdarəsinin əməkdaşı tərəfindən İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokolu və onun əsasında çıxarılmış xx.xx.2024 tarixli qərarı ilə 100 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməyi ilə bağlı elektron sistemdə qərarlı kimi qeyd edilsə də qərar ona təqdim edilməmişdir. Həmçinin asanpay ödəniş sistemində qərar kabinetinə əlavə edilməmişdir. Bu barədə çıxarışı məhkəməyə təqdim etmişdir. DYP əməkdaşı xx.xx.2024 tarixində onu İstanbul Evlərinin yaxınlığında saxlayaraq qayda pozduğunu və protokol tərtib edəcəyini bildirmişdir. Azyaşlı övladları nəqliyyat vasitəsində olduqlarına və narahat olduqlarına görə (polis əməkdaşından qorxmuşdular) yerində etiraz etmək üçün vaxtı olmamış, polis əməkdaşından uşaqlara görə tələsdiyini bildirmiş, yerində protokol tərtib etməyi xahiş etmişdir. Lakin polis əməkdaşı heç bir protokol tərtib etməyəcəyini bildirmişdir. Bundan 11 gün sonra sms radar vasitəsilə cərimə olunmağı barədə bildiriş gəlmişdir. Protokol elektron tərtib edilmişdir. Qeyd edir ki, əgər inzibati xəta törətməyi DYP əməkdaşı tərəfindən bilavasitə aşkar edilmişdirsə, nə səbəbə ona yerindəcə protokol tərtib edilməmiş və qeydlər aparmaq, imza etmək kimi hüquqları pozulmuşdur. Hazirki vaxta qədər inzibati xətanı törətməyi ilə bağlı sübutlar yəni foto, video materiallar istifadəsində olan elektron kabinetə yerləşdirilməmişdir. İXP6465392 saylı xx.xx.2024-cü il tarixli protokol əsasında çıxarılmış xx.xx.2024 tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə açıqlamamışdır. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə1 məhkəməyə verdiyi izahatında X3 tərəfindən törədilmiş inzibati xətanı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyini, lakin qərarın əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri X6 Şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı inzibati orqanın nümayəndəsi X1 təqsirliliyinə dair müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. X2 tərəfindən hər hansı inzibati xəta pozuntusunun törədilməsini sübut etmək vəziifəsi inzibati orqanın üzərinə düşdüyündən məhkəmə bütün şübhələri barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xeyrinə həll etməklə verilmiş şikayətin təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri X6 Şöbəsi tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar