Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5107/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokola əsasən, vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX BŞİ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-28929/2025 saylı məktubunda nəzərdə tutulmuş tədbirlər hüquqi şəxs tərəfindən görülməmişdir. Buna görə vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X3 Xidmətinin nümayəndəsi X2 protokolu müdafiə edərək, vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola baxılmış və vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin "xxxx" MMC-yə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədilə sonuncuya göndərilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən MN ******* nömrəli protokola əsasən 200 manat məbləğində vəsaiti X3 Xidmətinin hesabına ödəmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən MN ******* nömrəli protokola əsasən 1300 manat məbləğində vəsaiti X3 Xidmətinin hesabına ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə görə bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər görməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin təqdim edilmiş ödəniş qəbzləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İXM-in 529.1-1-ci maddə üzrə məsuliyyət inzibati cərimənin icrasına nəzarət tədbirlərini həyata keçirməli olan vəzifəli və hüquqi şəxslərin bu vəzifəni yerinə yetirməməsinə görə tətbiq olunur və bu maddə üzrə məsuliyyətin sonradan inzibati tənbeh növündə cərimənin ödənilməsi ilə istisna olunması barədə qanunda heç bir norma nəzərdə tutulmamışdır. İXM-in 529-cu maddəsinin qeyd hissəsində yalnız 529.1, 529.2 və 529.3-cü maddələr üzrə borcun, dəbbə pulunun və digər xərclərin məhkəmə qərarınadək ödənilməsi halında inzibati məsuliyyətdən azadolma imkanı tanınmışdır. Beləliklə, 529.1- 1-ci maddə üzrə tərtib olunmuş protokol əsasında baxılan işdə, məhkəməyə qədər və ya baxılma zamanı cərimənin tam ödənilməsi inzibati məsuliyyəti aradan qaldırmadığından, icraata xitam verilməsi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3504513Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5107/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5107/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver