Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5114/2025 17.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Nur Çörək” zavodunda sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-407/2025 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 izahat verərək bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-407/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, növbəti artımlar nəzərə alınaraq hər ay hər uşaq üçün minimum əmək haqqının 0,58 misli məbləğində alimentin tutularaq X5 ödənilməsi, Şəxs dövlət rüsumunun əvəzi kimi 25 manat və mediasiya xərcinin əvəzi kimi 25 manat pulun tutularaq X5 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi ilə bağlı Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Buna baxmayaraq, Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu ödəməmişdir. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, barəsində olan icra işi üzrə aliment borcundan yayınmadığını, imkanı daxilində aliment pulundan ödəniş etdiyini, aylıq aliment pulunu ödədikcə borcundan da ödəniş edəcəyini, bunun üçün ona müəyyən vaxt lazım olduğunu, ayın 20-si tarixindən başlayaraq Fatmaya 500 manat məbləğində pul ödəyəcəyini, bununla bağlı sonuncu ilə razılığa gəldiyini qeyd edib barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında, borclu Şəxs vaxt verilməsinə etiraz etmədiyini, hər ayın 20-si tarixində tərəfindən ona 500 manat pulun verilməsi ilə razı olduğunu, aralarında razılığıa gəldiklərini, hazırkı iş üzrə icraata xitam verilmləsinə etirazının olmadığını, lakin Elçinin icra sənədini təkrar icra etməyəcəyi təqdirdə barəsində tədbir görülməsini tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-407/2025 nömrəli icra sənədindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, növbəti artımlar nəzərə alınaraq hər ay hər uşaq üçün minimum əmək haqqının 0,58 misli məbləğində alimentin tutularaq X5 ödənilməsi, Şəxs dövlət rüsumunun əvəzi kimi 25 manat və mediasiya xərcinin əvəzi kimi 25 manat pulun tutularaq X5 ödənilməsi qət edilmişdir.
6. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-407/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
7. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-407/2025 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.
8. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, icra sənədi üzrə zərərçəkmiş şəxsin bank hesabına ödənişlər olunmuş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 310 manat məbləğində ödəniş edilməklə birlikdə Şəxs icra sənədi üzrə ümumilikdə 1575 manat ödəniş, lakin 1673 manat ödənilməmiş aliment borcu qalmışdır.
9. Zərərçəkmiş şəxs X8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs vaxt vermiş, hər ayın 20-si ona aliment borcu ilə birlikdə 500 manat ödəniləcək, əks təqdirdə təkrarən məsuliyyətə cəlb edilməsini tələb etmiş, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, hər ayın 20-si tələbkar X7 500 manat məbləğində aliment pulu ödəyəcəyini və ödəmədiyi təqdirdə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Məhkəmənin əsaslandırması və mövqeyi
11. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
12. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.
13. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması, barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, Şəxs ilə zərərçəkmiş şəxs arasında razılıq əldə edilmiş, habelə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında verdiyi izahatı, eləcə də məhkəməyə təqdim etdiyi ərizə ilə hər ayın 20-si tələbkar X7 500 manat məbləğində aliment pulu ödəyəcəyini və ödəmədiyi təqdirdə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.
14. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.
15. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
16. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
18. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
19. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
20. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova