Məhkəmə qərarları › İş №3(001)-5115/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5115/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5115/2020 03.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayətə əsasən məlum olur ki, o, yəni X6 xx.xx.2020-ci il tarixdə Vergi Orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.(VÖEN **********) ünvan 1 A ünvanında yerləşən təsərrüfat subyektində fəaliyyət göstərmək üçün kassa aparatı və post-terminal quraşdırıldıqdan sonra pandemiya ilə əlaqədar «playstation və çay evi» kimi fəaliyyətə icazə verilmədiyindən gözləmək məcburiyyətində qalmışdır.xx.xx.2020-ci il tarixdə Nazirlər Kabinetinin yeni qərarına əsasən xx.xx.2020-ci il tarixindən restoran və kafelərin qapalı şəraitdə fəaliyyətinə icazə verilmişdir.Bu səbəbdən çay masalarının yanındakı televizordan istifadə edərək müştərilərinin video oyun oynamaqlarına icazə olub-olmamasını dəqiqləşdirmək üçün xx.xx.2020-i il tarixində 11.00-11.18 aralığında 070 -833-33-53 nömrəli telefonu ilə Operativ Qərarğahın ***-***-**-** nömrəli qaynar xəttinə zəng vurmuşdur.Qaynar xəttdəki vəzifəli şəxs ilə danışıq zamanı dəqiqləşdirmişdir ki, masalar çayxana şəklində quraşdırılaraq (müştərilər masa ətrafında həm 1 metr məsafə və həm də üz-üzə otura bilsinlər) sıxlığa və metodiki göstərişlərə əməl etməklə fəaliyyət göstərmək olar.Bu məsələni xx.xx.2020-ci il tarixində saat 12.22-12.27 aralığında Daxili İşlər Nazirliyinin pandemiya ilə əlaqədar qaynar xətti olan ***-***-**-** nömrəsinə obyektin ***- ***-**-** telefon nömrəsi ilə zəng vuraraq özünü təqdim edən Rahim Qasımov adlı vəzifəli şəxs ilə də dəqiqləşdirərək rahatlıqla fəaliyyətə başlamışdır.İlk növbədə 2 işçi götürmüşdür, ara məsəfələri saxlaması və maskalardan istifadə edilmə bildirişləri və dezinfeksiya maddələri ilə obyekti tam təchiz edərək bütün qaydalarla işə başlamışdır.Qaynar xətdən deyilən sıxlığa nəzarət və çayxana şəkilli olması üçün 10 ədəd televizoru azaldaraq 5 ədədini masa ətrafında oturan müştərilərin istifadəsinə vermiş və 3 otaq üçün (77 kvadrat metr) 5 masa ilə müştəri qəbuluna başlamışdır.Müştərilər çay içmək ilə yanaşı istəklərinə əsasən domino və ya video oyun oynaya bilərdilər.xx.xx.2020-ci il tarixdə Vergi Xidməti əməkdaşlarının obyekti gizlincə mobil telefonun kamerasına çəkmək istədiyini gördüyü zaman ona şərait yaratmışdır ki, rahatlıqla çəkilişlərin etsin.Çünki fəaliyyətinin qanuni olduğunu hesab edərək və həm də Operativ Qərargahın və DİN-nin qaynar xətləri ilə dəqiqləşdiyi üçün rahat idi.Vergi müfəttişi çəkilişini etdikdən sonra ona hər şeyin qaydasında olduğu soruşduğu an ona qanunsuz fəaliyyət göstərdiyi və bu səbəbdən inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə ona protokol tərtib edəcəyini bildirmişdir.O, ona qaynar xətlərdə dəqiqləşdirdiyini bildirsə də ona cavabında bildirmişdir ki, izahatda qeyd edib hamısını və rəhbərlik baxıb qərar verəcəkdir.O, protokola qoşma izahatda danışdığı qaynar xətlərin nömrələrini, onlara hansı nömrədən və hansı tarix və vaxtda zənglərini qeyd etmişdir ki, qaynar xətlərdə qeyd olunaraq saxlanılan danışıqlara qulaq asaraq dediklərinin düzgün olmadığını dəqiqləşdirə bilsinlər.Bundan sonra, xx.xx.2020 tarixdə o, Bakı şəhəri, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin inzibati binasına iş üzrə icraatda iştirak etməsi üçün dəvət etmişdirlər.X5 İdarənin əməkdaşı Əliyev Ramin onu qəbul etmiş və izahatında qeyd etdiyi bütün hadisələrə qulaq asaraq bu barədə rəislə danışacağını bildirsə də, həmin günü o, qanunsuz olaraq 3 000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Şikayətçi göstərmişdir ki, cərimə ilə bağlı kim qərar veribsə ona bu hadisələr təfərrüatı ilə ona çatdırılmamış, Daxili İşlər Nazirliyindən və Operativ Qərarğahından qeyd edilmiş saatlarda qeyd edilmiş nömrələrdən olan zənglər tələb olunaraq sübut kimi baxılmamış, onun özbaşına hərəkət etmədiyi və qanuni bilərəkdən pozmadığı göz önünə alınmayaraq qərar verilmişdir.Bu da pandemiya ilə əlaqədar 6 ay işləməyən və çətinliklə kassa aparatı, post-terminal və digər xərclər çəkərək sahibkarlıq fəaliyyətinə yeni başlayan bir şəxsə kömək və dəstək əvəzinə, əksinə olaraq yoluna maneə yaratmaq deməkdir.Çünki, o, bunu bilərəkdən etməmişdir, yuxarı qurumun qaynar xətlərindən dəqiqləşdirmişdir, bütün qayda və qanunlara əməl edərək fəaliyyətə başlamışdır.O, düşünür ki, bunları və hadisənin ilk dəfə olunduğu nəzərə alaraq ona xəbərdarlıq da edə bilərdilər. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən bilərəkdən etmədiyi, fəaliyyətinə icazə ilə bağlı məsələni dəqiqləşdirmək üçün qaynar xətlərə zənglərini və qaynar xətlərin cavablarını, fəaliyyətə yeni başlamağını və ilk dəfə belə hal olması nəzərə alınmadan Vergi orqanı tərəfindən barəsində qəbul olunmuş MN -№ ******* inzibati tənbeh haqqında qərarın (3 000 manat cərimə) ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X6 şikayətdə göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edlməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarın surətinə əsasən məlum olur ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-cü maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) protokolundan - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, protokolun surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş protokolun qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarın surətinə əsasən məlum olur ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat cərimə edilmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-cü maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.Araşdırma zamanı müəyyən edilmişdir ki, X10 oğlu tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Karantin qaydaları pozulmuşdur, ona inzibati protokol əsaslı olaraq yazılmışdır.Bu fakt iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati xəta haqqında qərar və şikayətçinin özü tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərlə də təsdiqini tapır.Belə ki, xx.xx.2020-ci il tarixdə Nazirlər Kabinetinin yeni qərarına əsasən xx.xx.2020ci il tarixindən restoran və kafelərin qapalı şəraitdə fəaliyyətinə icazə verilsə də, həmin obyekdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələbləri pozulmuşdur.Buna görə də, məhkəmə hesab edir ki, şikayətin təmin olunması üçün hüquqi əsaslar yoxdur və şikayət rədd olunmalıdır.Həmçinin, məhkəmə hesab edir ki, şikayətçinin hüquqi bilgiləri yetərli olmadığına görə ilk dəfə Bakı İnzibati Məhkəməsinə, sonra isə Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyinə görə inzibati xəta haqqında qərardan şikayət vermək üçün prosessual müddəti ötürməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərardan verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar