Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-512/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, «Camal» LTD şirkətinin nümayəndəsi X2 iştirakı ilə, «Camal» LTD şirkətinin direktoru X3 inzibati tənbeh edilməsinə dair Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «Camal» LTD şirkətinin direktoru X8 məhkəməyə müraciət edərək, barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan RespublikasıxxxxƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt ərazi regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X10 tərəfindən «Camal» LTD şirkətinin direktoru kimi guya X8 tərəfindən Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə qanunsuz və əsassız olaraq xx xxxxxx 2020-ci il tarixində MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokola əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini X6 xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarı ilə «Camal» LTD şirkətinin direktoru kimi onu Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsi ilə qanunsuz olaraq 500 (beş yüz) manat cərimə edilmişdir. Toplanmış materiallardan görünür ki, guya o, Azərbaycan RespublikasıxxxxƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt ərazi regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X10 tərəfindən «Camal» LTD şirkətinin direktoru kimi Azərbaycan RespublikasıxxxxƏmək Məcəlləsinin 215-ci maddəsinin üçüncü abzasıxxxx“binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsinin təmin edilməməsi səbəbindən barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə xx xxxxxx 2020-ci il tarixində MN ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib etmişdir. Əslində isə, eyni fakta görə, «Camal» LTD şirkətində operator vəzifəsində işləyən X7 xx xxx 2020-ci il tarixində yıxılması nəticəsində aldığı xəsarətin dərəcəsinə uyğun olaraq, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarıxxxxtəsviri hissəsinin beşinci abzasından görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/2412 №-li rəyindən görünür ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftindən istifadə olunması hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları”xxxx4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X5”xxxx“Müəssisə direktorunun əmək funksiyası”xxxxtələbləri pozulmuşdur. Göründüyü kimi, göstərilən pozuntulara görə o, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə 1500 (min beş yüz) manat cərimə edilmişdir. Belə olduğu halda, o, eyni fakt üzrə Azərbaycan RespublikasıxxxxƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini X6 xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarı ilə «Camal» LTD şirkətinin direktoru kimi Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsi ilə qanunsuz olaraq 500 (beş yüz) manat cərimə edilmişdir. Azərbaycan RespublikasıxxxxƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini X6 xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli qərarı xx.xx.2021-ci il tarixdə poçt rabitəsi vasitəsilə «Camal» LTD şirkətinə daxil olmuşdur. Odur ki, Azərbaycan RespublikasıxxxxƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini X6 xx xxxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qərarıxxxxqanunsuz olması, yəni eyni fakt üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(001)-5341/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməsi və inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasıxxxxyeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında «Camal» LTD şirkətinin nümayəndəsi X4 şikayət ərizəsini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun “İnzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında” qərarından görünür ki, «Camal» LTD şirkətinin direktoru X8 barəsində Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə icraat başlanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarından görünür ki, «Camal» LTD şirkətinin direktoru X8 Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Camal» LTD şirkətinin direktoru X8 tərəfindən Azərbaycan RespublikasıxxxxƏmək Məcəlləsinin 215-ci maddəsinin 3-cü abzasıxxxx“binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməmişdir. X1 tərəfindən Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «Camal» LTD şirkətinin direktoru X8 Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, «Camal» LTD şirkətinin direktoru X8 barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmayaraq, «Camal» LTD şirkətinin direktoru X3 hüquqlarıxxxxpozulmasına səbəb olan hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki «Camal» LTD şirkətinin direktoru X8 barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edən zaman, xx.xx.2020-ci il tarixli Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun “İnzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında” qərarı ilə X8 barəsində Əməyin mühafizəsi qaydalarıxxxxpozulması ilə əlaqədar inzibati icraatın başlanması və həmin iş üzrə sonuncunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-5341/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati qaydada cərimə edilməsini nəzərə almamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən «Camal» LTD şirkətinin direktoru X8 barəsində toplanmış material üzrə zəruri araşdırma aparılmayaraq sonuncu tərəfindən törədilmiş bir inzibati xətaya görə ikinci dəfə məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, «Camal» LTD şirkətinin direktoru X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqaxxxxgəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarıxxxxhərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətaxxxxtörədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqaxxxx(vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarıxxxxhərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi «Camal» LTD şirkətinin direktoru X3 hüquqlarıxxxxtam təmin edilməsi məqsədi ilə hesab edir ki, «Camal» LTD şirkətinin direktoru X8 inzibati tənbeh olunmasına dair Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Camal» LTD şirkətinin direktoru X3 inzibati tənbeh olunmasına dair Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan RespublikasıxxxxƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasıxxxxİnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-512/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-512/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver