Məhkəmə qərarları › İş №3(001)-5124/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5124/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5124/2023 30.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X2 AYN0009129 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X2 AYN0009129 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Şikayətdən görünür ki, X4 AYN0009129 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayəti xx.xx.2023-cü il tarixdə, yəni müddət ötdükdən sonra vermiş, verdiyi şikayətə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. X4 şikayətin məzmununda şikayətin verildiyi tarix olaraq xx.xx.2023-cü il qeyd etsə də, kuryer xidmətləri göstərən şirkətin şikayətə əlavə edilmiş mədaxil qəbzinin kötüyündə şikayətin kuryer xidmətləri göstərən şirkətə nə vaxt təqdim edilməsi göstərilməmişdir. İ.R.Əliyevin yaşayış yerinin Binəqədi rayonu 9-cu mkr., Mircəlal küçəsi 55 olduğu nəzərə alındıqda poçt göndərişinin həqiqətəndə xx.xx.2023-cü ildə verildiyi halda eyni rayonda yaxın məsafədə yerləşən məhkəməyə 14 gün sonra çatdırıldığı ağlabatan deyil. Bundan başqa, şikayətə mübahisələndirilən AYN0009129 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Həmin qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətanın törədilmə yeri, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyinin yoxlanması məhz qeyd olunan məlumatlar əsasında həyata keçirilir. Bundan əlavə, şikayətin məzmunundan görünür ki, inzibati xətanın törədildiyi yer Bəsti Bağırova küçəsində yerləşən Məryəm Plazanın qarşısıdır, yəni Bakı şəhəri Yasamal rayonu ərazisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. X5 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət əlavə etməmişdir. Belə olan halda aydın olur ki, X1 şikayətlə inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə müraciət etməli idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 AYN0009129 nömrəli xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət yuxarıda sadalanmış səbəblərə görə geri qaytarılmalı, ona qərarda göstərilmiş nöqsanları aradan qaldırmaqla yenidən müvafiq məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 AYN0009129 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. X3 izah edilsin ki, qərarda göstərilmiş nöqsanları aradan qaldırmaqla yenidən müvafiq məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar