Məhkəmə qərarları › İş №3(001)-5124/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5124/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5124/2025 18.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına X1 Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, həmin inzibati xəta haqqında protokola əsasən “xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli cərimə qərarında qəbul olunmuş cərimə məbləği dövlət nəfinə ödənilməməsi faktı” müəyyən edildiyi üçün fiziki şəxs qismində Şəxs barəsində protokol tərtib edilmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən sözügedən maddə ilə hər hansı bir şəxsin fiziki şəxs qismində tənbeh edilməsi nəzərdə tutulmamışdır. Başqa sözlə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti yalnız fiziki və vəzifəli şəxslər olar bilərlər. Bundan başqa maddənin dizpoziyasında həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilən bilən şəxslərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlərlə məhdudlaşdırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Məhkəmə ümumiləşdirərək qeyd edir ki, İXM-nin 529.1-1-ci maddəsi ilə məsuliyyət inzibati cərimə edilmiş və həmin cərimə ödəməmiş fiziki şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisənin, idarənin, təşkilatın və ya pensiya təyin edən orqanın vəzifəli şəxsləri barəsində nəzərdə tutulmuşdur. Halbuki, hazırki iş üzrə inzibati cərimə edilmiş şəxs Şəxs özüdür və onun inzibati xəta haqqında iş materiallarında “Dəniz” restoranının vəzifəli şəxsi olması göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəzifəli şəxs hesab edilən şəxslərin dairəsi qanunvericilikdə konkret olaraq göstərilmişdir. Belə ki, İXM-nin 17-ci maddəsinə əsasən “Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.” “Dəniz restoranın” hüquqi şəxs olması və Şəxs həmin hüquqi şəxsin vəzifəli şəxsi olması yaxud barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq “Dəniz restoranı”nda sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir.(protokolda şəxin VÖEN-in olmamamsı qeyd edilmişdir.) Qeyd edilənlərə əsasən, İXM-nin 529.1-1-ci maddəsi ilə fiziki şəxslər məsuliyyətə cəlb oluna bilmədiyindən, bundan başqa Şəxs vəzifəli şəxs olması təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X1 Bakı Regional Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X1 Bakı Regional Bölməsinə geri qaytarılsın. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar