Məhkəmə qərarları › İş №3(001)-5127/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5127/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5127/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, qərarından şikayət verilən orqanın nümayəndəsi X4 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X11 şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X10 ilə birgə nikahda olduqları dövrdə **-ST-*** dövlət nişanlı “Toyota” markalı avtomaşın almışlar və maşın onun adına qeydiyyatdan keçmişdir. 09.10.23-cü il tarixdə həyat yoldaşı Həsənov Nadirin telefonuna mesaj gəlmiş, mesajda onun barəsində EQ 17376099 saylı protokol tərtib edildiyi və İXM-nin 332.2-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat cərimə yazılmışdır. Binəqədi rayon Dövlət yol Polis idarəsindən verilən qərarda göstərilir: “Dayanma və durma” qaydalarını pozmağa görə İXM 346.1-ci maddəsi ilə X7 100 manat cərimə tədbiq edilsin. Yazılmış bu inzibati cərimə ilə razı olmadığına görə xx.xx.2023-cii il tarixdə BDYPİ-nə yazılı müraciət etmiş və EQ17376099 saylı protokolun və onun əsasında yazılmış cərimənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis idarəsindən 20.11.23-cü ildə ona verilən cavabda xahişi rədd edilmişdir. Bunu onunla əsaslandırmışlar ki, “ X15" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1 hissəsinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinin ümumi mülkiyyət hüququna dair şəhədətnamə olmalıdır. Hesab edir ki, tətbiq edilmiş cərimə əsassızdır və qanuna ziddir. Ona görə də, ləğv edilməlidir. Əvvəla qanunvericilikdə nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhədətnamə dedikdə, hansı şəhədətnamə nəzərdə tutulduğuna dair heç bir izah qeyd olunmamışdır. Bu nikah haqqında şəhədətnamədirsə mövcuddur və həmişə nəqliyyat vasitəsində sənədlərlə birgə olmuşdur. Əgər başqa şəhədətnamə var isə onu hansı orqan verir və necə əldə etmək olar? Digər tərəfdən həmin gün göstərilən saatda o nəqliyyat vasitəsində olmuşdur. Nəqliyyat vasitəsini BB514284 saylı sürücülük vəsiqəsinə malik olan həyat yoldaşı Həsənov Nadir idarə edib. O, nəqliyyat vasitəsində olduğu vaxt sürücülük vəsiqəsi olan istənilən şəxsin nəqliyyat vasitəsini idarə etməsində heç bir qanun pozuntusu ola bilməz. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X3 Rəna Məmməd qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahilş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X7 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə iclasının şikayətçinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməli, X11 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sürücülük vəsiqəsinin surətindən görünür ki, X6 BB514284 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 arasında 25 iyun 1986-cı ildə rəsmi nikah qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu M.Davudoğlu küçəsində “X15" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyib «Toyota» markalı Az 90-3T-007 dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozduğunuza və həmin avtomobili sürücülük hüququnuz olmadan idarə etdiyinizə görə barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.2-ci maddələri üzrə EQ 17376099 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Bildiririk ki, “X15” Azərbaycan Respublikası Qanununun 37-ci maddənin İ hissəsinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməni və ya nəqliyyat vasitəsinin ümumi mülkiyyət hüququna dair şəhadətnaməni aidiyyəti üzrə təqdim etməniz tövsiyyə olunur. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli, EQ 17376099 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 tərəfindən İXM-in 346.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X11 ilə X10 rəsmi nikah münasibətindədirlər. «Toyota» markalı Az 90-3T-007 dövlət qeydiyyat nişanlı avtomobil onların birgə nikah dövründə əldə etdikləri əmlakdır. Həmin avtomobil X11 tərəfindən deyil, X10 tərəfindən idarə olunur. Belə ki, X5 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Buna baxmayaraq, X2 avtomobili idarə etməməsi, avtomobilin əri Həsənov Nadir tərəfindən idarə edilməsi kimi hallar araşdırılmadan Rəna Həsənova barəsində İXM-in 332.2-ci maddəsi ilə, yəni sürücülük hüququ olmadan avtomobilin idarə edilməsi əsası ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. İXM-in 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməli, X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməli, şikayət qalan hissədə isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17376099 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar