Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5129/2023 14.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Qərarından şikayət verilən Bakı şəhəri DYPİ-nin nümayəndəsi Qanbayev Emin oğlunun iştirakları ilə, X3 tərəfindən Bakı şəhəri X14 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 tərəfindən Bakı şəhəri X14 İdarəsi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə saat 22:07 radələrində ünvan 1 ünvanının qarşısında idarə etdiyi 10-SH- 007 dövlət qeydiyyat nişanlı BENTLEY markalı avtomobil Bakı şəhər DYPİ-nin yol patrul xidmət inspektoru polis serjantı X4 tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulması səbəbi ilə barəsinə İXP ******* saylı protokol tərtib olunmuşdur və bununda əsasında xx.xx.2023-cü il tarixli mübahisələndirilən qərar qəbul olunmuşdur. Əsas kimi isə protokolda yalnız İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu bildirilir. xx.xx.2023-cü il tarixdə isə elektron qaydada tərtib olunmuş qərarda Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydasını pozduğu qeyd olunmuşdur. İlk olaraq bildirmək istəyir ki, İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyi və bunun əsasında protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olaraq bildirmişdir ki, tərəfindən heç bir inzibati xətalar məcəlləsinin tələbləri pozulmamışdır. Protokola etdiyi etiraza baxılaraq xx.xx.2023-cü il tarixdə İXM-in 327.2-ci maddəsinin tələblərinin pozulması səbəbi Qərar qəbul olunmuşdur. Belə ki, tərtib olunmuş protokola etdiyi etiraza qiymət verilərkən onun iştirakı təmin olunmamışdır və qəbul olunan qərar tam əsassızdır. Belə ki, iddia olunan qanun pozuntusuna tərəfindən yol verilməmişdir. Ən azından istinad olunan qayda pozuntusu olan ərazidə yerləşən kameralara baxış keçirilsə, tərəfindən qayda pozunutusunun yol verilmədiyi aşkar şəkildə görünər, çünki o işıqforun sarı işığında keçmiş, qırmızı işığında yox. Lakin görünür ona qarşı qərəzli mövqe nümayiş etdirən cavabdeh hər cəhdlə barəsində inzibati xətanın törədilməsi barədə Qərarı qəbul etməyə çalışmışdır və həmin halı aradan qaldıran sübutların araşdırılmasında maraqlı olmamışdır və ona da imkan verilməmişdir ki, öz təqsirsizliyini sübut etsin. Əlavə olaraq onu da qeyd edir ki, hadisə vaxtı o, video görüntünü tələb etdi, lakin göstərməkdən YPXnin əməkdaşı Cavadi Ələsgər yayındı, protokolunda tərtib olunub ona verilməsini tələb etdi, lakin onu da ona verməkdən yayınırdı, amma buna baxmayaraq o, dəfələrlə tələb edəndən sonra protokolu cavabdehdən almağa nail oldu. X1 və qərarından şikayət verilən orqan Bakı şəhəri X14 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi ilə bağlı məhkəməyə heç bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə iclasının sözügedən şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri DYPİ-nin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, verilmiş şikayətin dəlilləri əsassızdır. Məhkəməyə inzibati xətanın törədilməsini əks etdirən videogörüntünü təqdim edərək bildirmişdir ki, həmin inzibati xəta Ceyhunbəy Hacıbəyli küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində baş vermişdir. Həmin görüntüdən də görünür ki, X2 sarı işığının yanıb sönməsinə baxmayaraq, hərəkətini davam etdirmiş və qırmızı işığın yanmasına baxmayaraq yolayrıcına daxil olmuşdur. Bununla da, o İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, X8 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat inzibati cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında X6 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi **-SH-*** dövlət qeydiyyat nişanlı “X13 V8 S” minik markalı avtomobili idarə edən X8 tərəfindən ünvan 2 ünvanında baş vermişdir. Təqdim edilmiş foto şəkil və video görüntüdən də müşahidə edilmişdir ki, X2 sarı işığının yanın sönməsi və qırmızı işığın yanmasına baxmayaraq yolayrıcına daxil hərəkətini davam etdirmiş və bununla da İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinin 3-cü bəndinə əsasən sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 60-cı maddəsinin 1ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində Bakı şəhəri X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X8 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X6 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Bakı şəhəri X14 İdarəsi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5129/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5129/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver