Məhkəmə qərarları › İş №3(001)-5129/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5129/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5129/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22175907 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 tərəfindən Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22175907 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət məhkəməyə daxil olmuşdur. X2 məhkəməyə ərizə təqdim edərək, tərəfindən verilmiş Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22175907 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22175907 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmiş və hal-hazırda inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması üçün predmet qalmamışdır. X3 Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22175907 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106-109-cu maddəsini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22175907 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar