Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5129/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, https://cms.justice.loc/Cases/Default.aspx ?caseId=3498101Şəxs, AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, 10 may küçəsi, ev 395, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 45.000 (qırx beş min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" QSC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 45.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfindən "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilmədən, araşdırma aparılmadan inzibat xəta haqqında protokol tərtib edilmişdir. EP ******* saylı, xx.xx.2025-ci İİ tarixli Protokolu tərtib edildikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankına "xxxx" QSC tərəfindən verilmiş məlumat əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 45000 ABŞ dolları vəsaitin qarşılığında Azərbaycan Respublikasına mal idxal edilmişdir. Tərəflərindən 24/04 nömrəli, xx.xx.2023-cü il tarixli proforma invoys əsasında aşağıdakı tarixlərdə "ETHEREAL COMMERCE SDN BHD PUCHONG SELANGOR MALAYSİA" şirkətinə ödəniş olunmuşdur. 1-ci avans ödənişinin tarixi: xx.xx.2023-cü il - 30000.00 USD, 2-ci avans ödənişinin tarixi: xx.xx.2023-cü il - 35000.00 USD, xx.xx.2023-cü il tarixdə **********9510 nömrəli YGB əsasında 57620.00 USD məbləğində mal alışı baş vermişdir. Bu alışdan sonra 2-ci avans ödənişi məbləğindən 7380.00 USD açıqda qalmışdır. (30000.00+350xx.xx-57620.00). 3-cü avans ödənişinin tarixi: xx.xx.2023-cü il - 45000.00 USD. xx.xx.2023-cü il tarixində **********8765 saylı YGB əsasında növbəti 57620.00 USD mal alınmışdır və həm 2-ci avans ödənişindən qalan 7380.00 USD, həm də 3-cü avans ödəniş məbləği olan 45000.00 USD məbləği bu YGB əsasında bağlanmışdır. (QEYD: 57620.00 USD YGB məbləğindən yerdə qalan 5240.00 USD məbləği növbəti avans ilə bağlanır). xx.xx.2023-cü il tarixli avans ödənişi bank tərəfindən bağlanmışdır. xx.xx.2023-cü il tarixli ödəmə üzrə malların idxalı təmin edilmiş, lakin "xxxx" tərəfindən bağlanmamışdır. Həmin 2-ci avans ödənişi Mərkəzi Bankın tələbi ilə "xxxx" tərəfindən bağlanmışdır. xx.xx.2023-cü il tarixdə **********8765 saylı YGB əsasında növbəti 57620.00 USD mal alınmışdır. Lakin 3-cü avans ödənişi olan 45000.00 USD məbəğ bağlansada "xxxx" tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına yanlış məlumat verilmiş və nəticədə EP ******* saylı, xx.xx.2025-ci iİ tarixli Protokolu tərtib edilmiş və məhkməyə göndərilmişdir. Məhkəmə bildirişi alındıqdan sonra "xxxx" MMC tərəfindən "YapıKredi Bank Azərbaycan” QSC-yə xx.xx.2025-ci il tarixli məktubla müraciət edilmişdir. "YapıKredi Bank Azərbaycan” QSC-nin "Əhmədli Filialı” tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir: " 45000 USD məbləğli avans ödəməniz üzrə aşağıda qeyd edilən Gömrük Bəyannamələri banka xx.xx.2025-ci il tarixində təqdim edilmiş və bağlanılmışdır”. "xxxx" MMC-nin qabaqcadan ödəniş edilməklə "xxxx" QSC-nin bank hesabından 45000.00 ABŞ dolları pul vəsaitini xx.xx.2023-cü il tarixli müqavilə əsasında "ETHEREAL COMMERCE SDN BHD PUCHONG SELANGOR MALAYSİA" şirkətinə köçürmüşdür. Həmin şirkətdən malları alıb ölkəyə gətirdiyindən əməlində inzibati xəta hadisəsi və Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə ilə müəyyən olunmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında Protokol ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs 45.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" QSC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən 45.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. "xxxx" QSC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 45.000 ABŞ dolları məbləğli avans ödəməsi üzrə **********8765 nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə banka təqdim edilmiş və bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, **********8765 nömrəli gömrük bəyannaməsindən görünür ki, İrandan Şəxs ünvanına göndərilmiş 57.620 ABŞ dolları dəyərində mallar ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi X1 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, təqdim edilmiş sübutlar əsasında aydın olur ki, şirkət tərəfindən ödənilən valyuta vəsaiti real iqtisadi əməliyyat çərçivəsində istifadə olunmuş, müvafiq mallar ölkə ərazisinə idxal edilmiş, bu da gömrük bəyannaməsi ilə təsdiqlənmişdir. Göründüyü kimi, şirkət tərəfindən təqdim edilən sənədlər inzibati xəta hadisəsinin subyektiv və obyektiv tərkib hissələrinin olmadığını təsdiq edir. Bu kontekstdə iş üzrə inzibati xəta hadisəsinin tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5129/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5129/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver