Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5131/2024 12.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, İdrisli Jalə Qalib qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərsənayetikinti Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində sürücü vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Adil Məmmədov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş və «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 20 iyul 2024-cü il tarixli qərar əsasında tərtib edilmiş 12 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova 7 ünvanında X3 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X5 DİN-nin 102 xidmətinə müraciət edərək, “X11” psixoloji mərkəzdə olarkən keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Müraciətlə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həmin faktlar üzrə əməldə cinayət tərkibi yoxdur və 20 iyul 2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni törətmiş şəxs Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 5-ci PB-nin aidiyyəti əməkdaşı kimi ona verilmişdir. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş 12 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşı olan Bayramova Fərəhə zəng edərək qızının geyiminə nəzarət etməsini və onun açıq-saçıq geyinməsinə şərait yaratmamasını bildirmişdir. Qarşılığında keçmiş həyat yoldaşı Bayramova Fərəh onu təhqir etmiş və nalayiq sözlər demişdir. Bundan sonra o, uşaqlarının yanında onu təhqir etməməsini demək üçün Fərəhin iş yerinə getmiş və çölə çıxmasını bildirmişdir. X9 iş yerindən çıxmaqdan imtina etmişdir. Bundan sonra o, Fərəhin iş yerinə daxil olmuş və ona iş yerindən çıxmaqda təkid etmişdir. Bu zaman Fərəh onu yenə təhqir etmişdir və Şəxs onun boğazını sıxmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, 3-cü qrup əlil olmasını nəzərə alaraq məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən “X11” mərkəzində müdir vəzifəsində işləyir. Şəxs ilə 2021-ci ilin sentyabr ayında boşanmışdır. xx.xx.2024-cü il tarixdə iş yerində olan zaman anası ona zəng edib Ervinin qızı Nigara zəng edib telefonunda şəkil paylaşmasına irad bildirərək onu övladlıqdan çıxaracağı ilə hədələdiyini bildirmişdir. Bundan sonra o, Ervinə zəng edərək bu barədə danışmışdır. Danışıq zamanı aralarında mübahisə yaranmış və Ervin onu təhqir etmişdir. O da qarşılığında Ervini təhqir etmişdir. Təxminən 20 dəqiqə sonra Ervin onun iş yerinə gəlmiş və onu çölə çağırmışdır. Bayramova Fərəh iş saatı olduğu üçün çölə çıxa bilməyəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Ervin onun iş yerinə daxil olaraq iş yoldaşlarının yanında onu çölə çağırmışdır. Bu zaman Ervin “onun üçün pis olacağı” ilə hədələmiş, Bayramova Fərəh iş yerindəki kameraların qeydə aldığını xəbərdarlıq edərək çölə çıxmaqdan imtina etmişdir. Ervin onun bu hərəkətindən sonra iş yoldaşlarının yanında Fərəhin boğazını sıxmış və bundan sonra iş yoldaşları onu ayırıb çölə çıxarmışdır. Hazırda Şəxs şikayətçidir və barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, X2 bədənində aşkar olunmuş xəsarətlər- boyun nahiyəsinin, sol dirsək çuxurunun, sağ və sol said nahiyələrinin, sağ mil bilək oynağı nahiyəsinin qançırları, boyun nahiyəsinin sıyrığı, bərk küt əyşa(lar)ın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, S.Məmmədova 7 ünvanında “X12” adlı mərkəzdə döyərək xəsarət yetirdiyi üçün Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 12 sentyabr 2024-cü il tarixli, AZA 019099 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2024-cü il tarixdə saat 09:00-da inizbati qaydada tutulmuşdur. 12 sentyabr 2024-cü il tarixli, AZA 007902 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərindən hər hansı qanunsuz əşya aşkar edilməməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X6ya zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azemis” elektron-məhkəmə informasiya sisteminə verilmiş sorğular nəticəsində məlum olmuşdur ki, Şəxs ümumi xəstəliyə görə 3-cü qrup əlilliyi müəyyən olunmuşdur və 150 manat məbləğində pensiya alır. Odur ki, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunduğundan Şəxs barəsində inzibati həbs tətbiq oluna bilməz. Məhkəmə, Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini və əlilliyini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5131/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5131/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver