Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5137/2024 13.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, evli, yetkinlik yaşına çatmayan 2 övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində orta dərəcəli sərxoş halda X12 Polis Şöbəsinin inzibati binasına gələrək binanın qapısına təpik və yumruq vurmuş, orada səs-küy salaraq, söyüş işlədərək məcburi binaya daxil olmaq istəmiş, polis əməkdaşları ona yaxınlaşaraq oradan uzaqlaşdırmaq istəsədə, o onların qanuni tələblərinə tabe olmamış, mübahisə edərək onlara müqavimət göstərmişdir. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X8 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində orta dərəcəli sərxoş halda X13 Şöbəsinin inzibati binasına gələrək binanın qapısına təpik və yumruq vurmuş, orada səsküy salaraq, söyüş işlədərək məcburi binaya daxil olmaq istəmiş, polis əməkdaşları ona yaxınlaşaraq oradan uzaqlaşdırmaq istəsədə, o onların qanuni tələblərinə tabe olmamış, mübahisə edərək onlara müqavimət göstərmişdir.Buna görə də, məhkəmədən həmin şəxsə inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək həmin vaxtı içkili olduğunu, hal-hazırda əməlindən peşman olduğunu və buna görə də barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxsin müdafiəçisi X5 hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində orta dərəcəli sərxoş halda X12 Polis Şöbəsinin inzibati binasına gələrək binanın qapısına təpik və yumruq vurmuş, orada səs-küy salaraq, söyüş işlədərək məcburi binaya daxil olmaq istəmiş, polis əməkdaşları ona yaxınlaşaraq oradan uzaqlaşdırmaq istəsə də, o onların qanuni tələblərinə tabe olmamış, mübahisə edərək onlara müqavimət göstərmişdir. Ondan səbəbi soruşulduqda “yaxışı eləyirəm” demiş, polis əməkdaşları onu dəfələrlə sakitləşdirməyə, əməlindən çəkindirməyə çalışsalar da o hərəkətini davam etdirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:48-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunur. İş materiallarında olan Şəxs izahatından görünür ki, o həmin vaxt toy məclisindən çıxdığını, spirtli içkinin təsiri altında olduğunu və mobil telefonun polis əməkdaşlarında olduğunu zənn edərək X12 polis Şöbəsinin inzibati binasında getdiyini, orada olanları isə xatırlamadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı cəzasını yüngülləşdirən hallar kimi - himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. X1 məhkəmə baxışı zamanı 5 (beçş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,he sab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-5137/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5137/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver