Məhkəmə qərarları › İş №3(001)-5140/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5140/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5140/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Baş X14 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X14 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M- 1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “04 mart 2025-ci il tarixdə saat 20:45-də "Asanpay" sistemindən telefonuna cərimə ilə əlaqədar "sms" daxil olmuşdur. Qeydiyyatda olduğu elektron kabinetə baxdıqda Bakı şəhəri, Zorge küçəsində "X9” markalı, **-LA-*** d.q.n avtomobil tərəfindən İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta törədilməsi və həmin maddə ilə 2 bal 80 manat cərimə barədə məlumat yerləşdirilmişdir. Həmin avtomobilin idarə edilməsi üçün mülkiyyətçi tərəfindən bir neçə şəxsə etibarnamə verilsə də, son etibarnamə onun adına rəsmiləşdirildiyindən cərimə ona aid edilmişdir. Lakin, həmin vaxt avtomobil onun tǝrǝfindən idarə edilməmişdir. İnzibati xəta qeydə alınan vaxt avtomobili digər hüququ olan şəxslərdən biri idarə etmişdir. Hesab edir ki, 04 mart 2025-ci il tarixdə "X9” markalı, **-LA-*** d.q.n. avtomobili idarə etmədiyindən xətanı da o etməmişdir. Lakin, BDYPİ tərəfindən barəsində əsassız və qanunsuz elektron cərimə qərarı çıxarılmışdır. Avtomobili kimin idarə edilməsi ilə bağlı sübut etmə vəzifəsi isə dövlət qurumunun (BDYPİ) üzərinə düşür. Bundan başqa müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən BDYPİ tərəfindən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan və qanunla tələb olunan xüsusi texniki vasitənin (XTV) tipi, markası, modeli, yerləşdiyi yer, yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi BDYPİ-nin elektron qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. BDYPİ tərəfindən 04 mart 2025-ci il tarixli, EQ 26421343 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə iddia edilən xətanı törətmiş şəxs düzgün müəyyən edilməmişdir. Yəni, inzibati xətanın məhz onun tərəfindən edilməsi sübut olunmur. BDYPİ-nin İXM-nin 346.4-cü maddəsi ilə barəsində çıxardığı 04 mart 2025-ci il tarixli, EQ 26421343 saylı elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi ilə bağlı tərəfindən şikayətlə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1485 saylı, 19 mart 2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək BDYPİ-nin İXM-nin 346.4-cü maddəsi ilə barəsində çıxardığı 04 mart 2025-ci il tarixli, EQ 26421343 saylı elektron qərarı ləğv edilərək inzibati iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. BDYPİ-nin 14 may 2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 saylı qərarı ilə barəsində yenidən İXM-nin 346.4-cü maddəsi ilə cərimə qərarı çıxarılmışdır. Məhkəmə qərarı BDYPİ-nə daxil olduğu vaxtdan (aprel ayının əvvəlindən) bir aydan çox vaxt keçdikdən sonra, bir neçə dəfə rəsmi müraciətlərindən sonra işə yenidən baxılmış, lakin məhkəmə qərarında qeyd edilən hallar yenə də araşdırılmamış, bununla da BDYPİ tərəfindən yenidən sübutsuz qərar çıxarılmışdır. Bundan sonra həmin qərar dəfələrlə rəsmi müraciətlərindən sonra 17 iyul 2025-ci il tarixdə mail vasitəsi ilə, yəni Elektron ünvan olan elektron poçtuna rəsmi daxil olmuşdur. Hesab edir ki, İXM-nin 346.4-cü maddəsi ilə tərəfindən xəta törədilmədiyindən və BDYPİ tərəfindən bu barədə hər hansı sübutun təqdim edilməsinə məhkəmə qərarı ilə şərait yaradılsa da, bu mümkün olmadığından BDYPİ-nin 14 may 2025-ci il tarixli, 16/1- 79090, 13/1-M-1626/2 saylı əsassız qərarı ləğv edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Odur ki, məhkəmədən xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclaslarında X6 barəsində tərtib edilmiş inzibati tənbeh haqqında qərardan verdiyi şikayəti müdafiə etdiyini bildirərək göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 3(001)-1485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə BDYPİ-nin barəsində qəbul etdiyi 04 mart 2025-ci il tarixli, EQ 26421343 saylı elektron qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçüb üçün AR DİN Baş X14 İdarəsinə göndərilmişdir. Lakin, həmin qrum tərəfindən heç bir araşdırma həyata keçirilməmiş, video-görüntü təqdim edilməmiş, xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M- 1626/2 nömrəli qərarla yenidən İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. **-LA- *** dövlət qeydiyyat nişanlı “X13” markalı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə o idarə etməmişdir. Həmin avtomobili ondan da başqa 3 şəxin də idarə etmək hüququ vardır, nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə kimin idarə etməsindən isə məlumatı yoxdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünün başqa avtomobili var, lakin qeyd edilən **-LA-*** dövlət qeydiyyat nişanlı “X13” markalı nəqliyyat vasitəsini idarə də etdiyi vaxtlar olub, avtomobilin mülkiyyətçisi isə X4r. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün qızının həyat yoldaşı X5, özünə və özünün həyat yoldaşı X3 etibarnamə verilmişdir. Sonuncu etibarnamə isə onun adınadır. Qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə isə həmin avtomobil o idarə etməmiş, çox güman ki, qızı idarə etmişdir. Lakin nəqliyyat vasitəsinin qızı tərəfindən idarə edilməsi də sübut edilməlidir. Məhkəmə qərarı ləğv edib araşdırma aparılması üçün göndərilmiş, lakin səlahiyyətli orqan yenidən heç bir araşdırma aparmadan onun təqsili bilinməsi barədə qərar qəbul etmişdir. Sələahiyyətli orqan inzibati xətanın törədilməsini və həmin inzibati xətanın məhz onun tərəfindən törədilməsini sübut etməlidir. Qeyd edilənlərə əsasən də barəsində qəbul edilmiş BDYPİ-nin 14 may 2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş X14 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş X14 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:58-də “Zorge küçəsi” ünvanında “X12 minik” markalı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 26421343 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, işə yenidən baxılması üçün qərar Baş X14 İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X6 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X6 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş X14 İdarəsinə göndərilməlidir. xx.xx.2025-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.7-ci maddəsinə əsasən Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinmiş, həmin inzibati xəta isə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda tənbeh vermə haqqında elektron qərarın çıxarılması və müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməsi, təsdiqlənmiş həmin qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göstərilmişdir. Şikayətçi tərəfindən inzibati xətanın törədilib-törədilməməsi mübahisələndirilməmiş, sadəcə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilmədiyi, mülkiyyətçi tərəfindən sonuncu etibarnamə ona verildiyi üçün inzibati tənbeh vermə haqqında qərarın onun barəsində qəbul edilməsi bildirilmişdir. Hazırki iş üzrə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi üçün İXMnin 122.2-ci maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında elektron qərar sonuncu dəfə nəqliyyat vasitəsinin etibar edildiyi şəxs X6 barəsində çıxarılmışdır. Sözügedən inzibati tənbeh vermə haqqında elektron qərar məhkəmənin qərarı ilə ləğv edildikdən sonra yenidən araşdırılması üçün Baş X14 İdarəsinə göndərilmiş, lakin təkrarən Nurlan Maqsudov təqsirli bilinərək inzibati cərimə edilmişdir. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs avtomobilin mülkiyyətçisi və digər etibarnamə əsasında həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin dairəsinin kimlərdən ibarət olduğunu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir. Şübhəsizdir ki, həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin dairəsi səlahiyyətli orqana da məlumdur. Lakin Baş X14 İdarəsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 3(001)-1485/2025 saylı qərarında göstərilənləri icra etmədən, xx.xx.2025-ci il tarxli 16/1-79090,13/1-M-1626/2 saylı qərarında sadəcə törədilmiş yol hərəkəti qayda pozuntusu üzrə görüntülərə keçirilən baxış zamanı “Hyundai” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandğnın təsdiqini tapdığını qeyd edərək, İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilıməsinə görə vətəndaş X6 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmiş, X2 iştirakını araşdırmada təmin etməmiş, inzibati xətanın törədilməsi zamanı həmin nəqliyyat vasitəsinin məhz onun tərəfindən idarə edilib-edilməməsini araşdırmamış, bununla bağlı hər hansı subutu isə məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, inzibati xətanın nəqliyyat vasitəsini sonuncu dəfə etibarnamə verilmiş şəxs deyil, başqa şəxs tərəfindən idarə edilməsi barədə məsələlər İXM-nin 122.7ci maddəsində tənzimlənmişdir. Belə ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini təqsirli bilinən şəxs tərəfindən deyil, digər bir şəxs tərəfindən idarə edildiyi hallarda sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. İnzibati tənbeh edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından inzibati xəta hadisəsi zamanı nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunmasını bildirmək tənbeh edilmiş şəxsdən tələb edilə bilməz, təqsirli şəxsin müəyyən edilməsi səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bununla bağlı bildirir ki, İXM-nin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Göründüyü kimi İXM-nin 122.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna hallardadandır ki, barəsində icraat aparılan şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırıla bilər. Qeyd edilməlidir ki, İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar aşkar edildikdən sonra zərurət yarandıqda inzibati araşdırma aparıla bilər. Lakin səlahiyyətli orqan qanunvericiliyin ona verdiyi imkanlardan istifadə etməyək 04 mart 2025-ci il tarixdə "X9” markalı, **-LA-*** nömrəli nəqliyyat vasitəsinin X6 tərəfindən və ya həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olan digər şəxs tərəfindən idarə edilməsini müəyyən etməmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş X14 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M- 1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, 04 mart 2025-ci il tarixdə "X9” markalı, **-LA-*** nömrəli nəqliyyat vasitəsinin kimin istifadəsində olması və kim tərəfindən tərəfindən idarə edilməsi, yəni inzibati xətanın kim tərəfindən törədilməsi müəyyən edilməli, şikayətçinin iştirakı təmin edilməklə onun göstərdiyi dəlillər ətraflı yoxlanılmalı və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Baş X14 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş X14 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və şikayətçinin iştirakı təmin edilərək işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş X14 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar