Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5144/2024 14.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Göyçə mahalında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Aşağı Ağca kənd qəsəbəsində qeydiyyatda olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına qarşı tabesizlik göstərmiş və nalayiq ifadələr işlətmişdir. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş əməkdaş məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına qarşı tabesizlik göstərmiş və nalayiq ifadələr işlətmişdir.Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 13 sentyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Binəqədi rayonunda yaşadığı evdə olan zaman səs-küy eşidərək yaşadığı evin həyətinə çıxmışdır. X1 qapısında mülki geyimdə olan şəxsləri görmüşdür.Ora yaxınlaşaraq işin mahiyyətini öyrənməyə çalışmışdır. Bu zaman orada olan dava-dalaşı görüb məsələni aydınlaşdırmağa çalışmışdır. Bundan sonra hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun Alimin və oğlu Eyvazın hər hansı bir qanunsuz fəaliyyətlə məşğu olub-olmaması ilə bağlı məlumatı yoxdur. Onun çölə çıxmaq səbəbi məsələni aydınlaşdırmaq olmuşdur. Lakin həmin mülki geyimdə olan şəxslərin polis olduqlarını sonradan bilsə də həyəcanlı olduğundan, polisin qanuni tələblərinə riayət etməyərək onlara qarşı və ünvansız söyüşlər söyməyə davam etmişdir. O, qardaşı Alimin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmasından xəbərdar olmuş və bu səbəbdən də ona kömək etmək istəmişdirə. Etdiyi əməldən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İşdə olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat-müvəkkili polis mayoru X8 izahatında göstərmişdir ki, X2 miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması, həmçinin idarə etdiyi Chevrolet Cobalt markalı ** PB *** nömrəli avtomobil ilə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında BNMİ-nin əməkdaşları Azər Həsənov, İbrahim Məmmədov, İlkin Babayev, Elşad Qurbanov, Həsən Həsənov, Asim Rəsulov tərəfindən saxlanımışdır. Həmin şəxs tabesizlik göstərərk uca səslə qışqırmağa və söyüşlər söyməyə başlamışdır. O və qardaşı Asim Əliyev tutulması nəzərdə tutulan qardaşları Alim Əliyevin qaçmasına şərait yaratmış, səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nəticədə Alim Əliyev oradan qaçaraq getmişdir. İşdə olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat-müvəkkili polis polkovnik-leytenantı X5, şöbə rəisinin müavini X12, baş əməliyyat müvəkkili polis mayoruu X9 da Emin Əliyevlə oxşar məzmunlu izahhatlar vermişdirlər. Şəxs məhkəməyə ərizəylə müraciət edərək, vəkildən imtina etdiyini hüquqlarının müdafiəsini özü tərəfindən həyata keçirilcəyini bildirmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə İXM-nin 510-cu maddəsinə əsasən təqsiri sübuta yetirilmir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə İXM-in 535.1-ci maddəsinə əsasən təqsiri sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2024-cü il tarixli AZA 019131 saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il, saat 19:00-da tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətməsini nəzərə alaraq İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 30 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 19:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-5144/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5144/2024
14.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver