Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5145/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-91874 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:
1. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27744824 nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir.
2. Həmin qərardan X2 məhkəməyə şikayət vermiş, eyni zamanda şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
3. X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-91874 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatəti məhkəmənin 30 iyul 2025-ci il tarixli, 3(001)-5145/2025 nömrəli qərardadı ilə təmin edilmədiyindən qeyd olunan şikayətə baxılması üçün predmet qalmamışdır. Belə olan halda X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-91874 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır.
4. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq,
qərara aldım:
X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-91874 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət baxılmadan geri qaytarılsın.
Hakim: Aytəkin İbrahimova