Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-515/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol 08 yanvar 2025-ci il tarixdə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 07 yanvar 2025ci il tarixdə, saat 22:20-də Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində polisin qanuni tələblərinə tabe olmamış, nəticədə İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, Binəqədi RPİ-nin X11 Şöbəsinin yol-patrul xidmətinin inspektorları tərəfindən tərtib edilmiş raport əsasında müəyyən edilmişdir ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 22:20 radələrində yol-patrul xidməti əməkdaşları Elnur Quliyev və Mehdi Rüstəmov xidməti vəzifələrini icra edərkən onlara yaxınlaşıb Mehdi Rüstəmovu söyüb-təhqir edərək onların iş fəaliyyətini pozduğundan, əraziyə Post-Patrul Xidməti əməkdaşları çağırılmış və onların vasitəsilə Şəxs 5-ci Polis Bölməsinə gətirilmişdir. Sonda A.Ə.Kosayev məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 ifadəsində göstərdi ki, 2025-ci ilin yanvar ayının 2-si ya 3ü, bayram günü idi. O, xidmətdə olarkən Şəxs yol hərəkəti qaydalarını pozduğu üçün saxlatmış, lakin, bayramla əlaqədar güzəşt edib sərbəst buraxmışdır. 07 yanvar 2025-ci il tarixdə axşam saatlarında o yenə də xidmətdə olarkən başqa bir avtomobilin evakuatora mindirilməsini təmin edərkən Şəxs ona yaxınlaşaraq yüksək səslə ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O və birlikdə xidmətdə olduğu digər əməkdaş X5 sakitliyə, nizam-intizama dəvət etsələr də, Kamran onlara məhəl qoymadığından, əraziyə postpatrul xidməti bölüyü əməkdaşları çağrılmış, onlar vasitəsilə Kamran 6-cı Polis Bölməsinə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X1 digər şahid Mehdi Rüstəmovun ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 07 yanvar 2025-ci il tarixdə o, dostu Şəxs ilə avtomobildə gedərkən Kamran YPX əməkdaşlarını görüb maşından düşmüş, polis əməkdaşına söz deyib qayıdacağını bildirmişdir. Mehdi adlı polis əməkdaşına yaxınlaşdıqdan sonra Mehdi Kamrana getməsini demiş, bu söz Kamranın xətrinə dəymiş, nəticədə aralarında mübahisə yaranmış, sonradan əraziyə PPX əməkdaşları gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yanvar ayının 3-ü yol polisi əməkdaşları onu saxlamış, lakin bayram günü olduğuna görə barəsində tədbir görməyərək ona güzəşt etmişlər. 07 yanvar tarixində o, yüngül dərəcəli akloqol sərxoşluğu vəziyyətində dostu İlkinlə maşında gedərkən yol kənarında onu 3 yanvar tarixində saxlatmış yol polisi əməkdaşlarını görmüş və maşından düşərək Elnur adlı polis əməkdaşına yaxınlaşmış, ona adından düz olmayan məlumat verməsini irad tutarkən Mehdi adlı əməkdaş onlara yaxınlaşaraq kobudcasına ona “çıx get burdan” demişdir. Bu zaman o, Mehdidən onunla bu tərzdə danışmamağı tələb etmiş, İlkin onu avtomobilə tərəf apararkən Mehdi PPX əməkdaşlarını çağırmışdır. Sonra da o, PPX əməkdaşları vasitəsilə 5-ci PB-yə aparılmışdır. Sonda Şəxs məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Binəqədi RPİ-nin DYPŞ-nin YPX əməkdaşları X1 və X4 tərəfindən tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2025-ci il tarixdə, saat 22:20 radələrində Binəqədi rayonu, Xutor qəsəbəsində xidmət apararkən bir nəfər şəxs mənə yaxınlaşaraq küçənin ortasında məni söyüb-təhqir edərək iş fəaliyyətimi pozmağa başladı. Həmin şəxsi sakitləşdirməyə, nizam-intizama dəvət etsəm də, o, buna məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Efir vasitəsilə ÇPA-nın polis əməkdaşlarını köməyə çağıraraq PB-yə gətirdik. PB-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur...”. - X9 Alayının 2-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli raportda göstərilmişdir ki, “xx.xx.2025-ci ildə saat 22:40 radələrində xidmətdə olarkən 247 saylı yol-patrul xidmətindən kömək lazım olduğunu bildirdilər. Biz həmin ünvana yaxınlaşaraq YPX əməkdaşı ilə mübahisə edən şəxsi 5-ci PB-yə dəvət etdik. Bölmədə məlum oldu ki, həmin şəxs Şəxsdur...”. - “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 07 yanvar 2025ci il tarixdə, saat 22:50-də inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, eləcə də iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün müəyyən edilmiş cərimə cəzasının maksimum həddi 200 manat olduğundan, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hesab edir ki, Şəxs 100 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-515/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-515/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver