Məhkəmə qərarları › İş №3(001)-5151/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5151/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5151/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparalan vəzifəli şəxs Şəxs iştirakları ilə, Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına vəzifəli şəxs Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-259/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 10600 manat məbləğində əsas borc, ödənilmiş 75,90 manat məbləğində dövlət rüsumu, ümumilikdə 10675,90 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, borclu vəzifəli şəxs tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Odur ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 01 oktyabr 2024-cü il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparalan vəzifəli şəxs Şəxs çıxış edərək bildirmişdir ki, vergi yoxlamaları nəticəsində "xxxx" MMC-yə məxsus bank hesablarına sərəncam qoyulduğundan hazırki vaxta qədər borcun ödənilməsi mümkün olmamışdır. Lakin, o borcun ödənilməsindən yayınmır. Qeyd etdiklərinin nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 ifadə verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(103)-259/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 10600 manat məbləğində əsas borc, ödənilmiş 75,90 manat məbləğində dövlət rüsumu, ümumilikdə 10675,90 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hazırki vaxta qədər heç bir borc ödənişi həyata keçirilməmişdir. Odur ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-259/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 10600 manat məbləğində əsas borc, ödənilmiş 75,90 manat məbləğində dövlət rüsumu, ümumilikdə 10675,90 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirşdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, "xxxx" MMC-yə icra sənədi üzrə məxsus borcun yönədilməsi mümkün olan bank hesabları mövcuddur. “VTB” Bank tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus bütün hesabda kifayət qədər vəsait olmaması səbəbindən inkasso sərəncamları üzrə heç bir ödəniş aparılmamış və Cəmiyyətə məxsus bütün hesablar bloklaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədini icra etmədiyi üçün barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs məhkəməyə xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ünvanlamış, ərizənin məzmununda ev şəraitində ciddi nəzarətdə müalicə aldığından 24 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir, bu səbəbdən məhkəmə prosesi təxirə salmışdır. 01 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müdafiəçisinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə vəzifəli şəxsin növbəti vəsatətini təmin etmiş və məhkəmə iclası yenidən təxirə salınmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ünvanlayaraq, icra sənədi üzrə nəzərdə tutulmuş borcu ödəməsi məqsədi ilə məhkəmə iclasının noyabr ayına qədər təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2- 2(103)-259/2023 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişi üzrə icra vərəqəsi verilməsinə və hazırki iş üzrə tərəflər arasında 2023-cü il 27 aprel tarixli barışıq sazişi bağlanmasına baxmayaraq, icra sənədi borclu tərəfindən bugünədək icra olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-259/2023 saylı icra vərəqəsini heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Bu səbəblə də, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu səbəblə də, məhkəmə Şəxs İXM-in 528.1ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar