Məhkəmə qərarları › İş №3(001)-5153/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5153/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5153/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X5 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolun və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin YPX inzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı-Binəqədi yolunda **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, **-YP-*** nömrəli DYP əməkdaşları tərəfindən saxlanmış və “ksenon” tipli lampadan istifadə etdiyinə görə 342.2.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan BDYPna şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Baş X7 İdarəsitərəfindən barəsində TP ******* nömrəli qərar verilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun çıxış etmiş, əlavə olaraq bildirmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta ilə bağlı avtomobil heç bir ekspertizadan keçirilməmiş, kifayət qədər araşdırma aparılmadan, onun iştirakı təmin olunmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, Baş X7 İdarəsinin YPX inzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin YPX inzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan görünür ki, X3 İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman onun təqsiri müəyyən edilməmiş, yəni inzibati xəta hesab edilən əməli təqsirli olaraq qəsdən və ya ehtiyatsızlıqdan törətməsi araşdırılmamışdir. Belə ki, məhkəmə iclasında tərəfin izahatı iş materialları ilə əlaqəli şəkildə araşdırılarkən müəyyən olunmuşdur ki, X3 barəsində inzibati xəta haqqında protokol tərtib olunan və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman nəqliyyat vasitəsində olan işıqların ksenon lampaların zavod istehsalı olub-olmaması, həmin ksenon lampaların şəxs tərəfindən sonradan əlavə edilib-edilməməsi, eyni zamanda şəxs tərəfindən həmin işıqların qəsdən quraşdırılıb-quraşdırılmaması, məsələsi araşdırılmadan 05 sentyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən, inzibati xəta haqqında protokol tərtib edilən zaman ilk öncə tərəfin təqsiri müəyyən edilməli, yəni inzibati xəta hesab edilən əməlin şəxs tərəfindən təqsirli olaraq qəsdən törətməsi kimi hallar nəzərə alınmalı idi. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına- normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi YPX inzibati qrup tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar