Məhkəmə qərarları › İş №3(001)-5156/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5156/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5156/2024 03.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X2 İXP ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İXP ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış X3 məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə ərizəyə X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilən sənədlərdən aydın olur ki, X3 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat cərimə edilmiş, cərimə vaxtında ödənilmədiyi üçün dəbbə pulu hesablanmış, nəticədə X3 İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 241 manat cəriməni tam ödəmişdir. X1 İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini istəyir. Azərbaycan Respublikası İXM-in 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; 145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; 145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda; 145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. Göründüyü kimi inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsi (cərimənin ödənilməsi) qanunda həmin qərarın icrasına xitam verilməsinin əsaslarından biri kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, buna ehtiyac da yoxdur. Çünki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsi icraatın başa çatması anlamına gəlir və bunun üçün ayrıca qərar qəbul edilməsi tələb olunmur. Odur ki, sözügedən məsələyə məhkəmədə baxılmalı olmadığından ərizə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: X2 İXP ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar