Məhkəmə qərarları › İş №3(001)-5166/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5166/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5166/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, EQ 16088116 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, EQ 16088116 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, EQ 16088116 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi düzgün tərtib edilməmiş, həmçinin aidiyyat qaydalarına əsasən baxılmalı olduğu məhkəməyə verilməmişdir. Belə ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, şikayət ərizəsinin X2 tərəfindən tərtib edildiyi göstərilsə də, şikayətə onun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməmişdir. Bu da şikayət ərizəsinin sözügedən şəxs tərəfindən tərtib edilib-edilməməsi məsələsini müəyyən etməyi mümkünsüz edir. Bundan başqa tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən şikayətin aidiyyat qaydalarına əsasən baxılmalı olduğu məhkəməyə verilmədiyi müəyyən edilmişdir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Maddənin mənasından da göründüyü kimi inzibati xəta haqqında işə onun törədildiyi yerdə və yaxud barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə baxıla bilər. Şikayət ərizəsində isə inzibati xətanın törədildiyi yer göstərilməmiş, həmçinin şikayətə onu verən şəxsin yaşadığı yer üzrə baxılması üçün vəsatət də əlavə edilməmişdir. Lakin, şikayət ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın X2 tərəfindən Sabunçu-Zabrat Kürdəxanı yolu kanalüstü yolla kəsişmədə müəyyən edilir. Belə olan halda şikayət ərizəsi aidiyyat üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə deyil, Sabunçu Rayon Məhkəməsinə verilməlidir. İnzibati tənbeh vermə haqqında qərara əsasən X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, iş aidiyyat qaydaları üzrə ya Sabunçu Rayon Məhkəməsində, ya da X1 vəsatəti əsasında yaşadığı yer üzrə Nizami Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, EQ 16088116 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət aidiyyatı üzrə baxılmalı olduğu məhkəməyə verilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109, 110.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, EQ 16088116 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar