Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5166/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Hüquq şöbəsinin baş məsləhətçisi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli sms bildiriş vasitəsi ilə ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək 3500 manat məbləğində cərimələnmişdir. Sözügedən məsələnin araşdırılması və müvafiq protokol əsasında qəbul edilmiş qərarın ona təqdim edilməsi məqsədi ilə orqana rəsmi müraciət etmiş və xx.xx.2024-cü il tarixli MN ******* saylı qərar xx.xx.2024-cü il tarixində ona təqdim edilmişdir, Ona xx.xx.2024-cü il tarixli MN ******* saylı qərara əsasən AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi bildirilmişdir. Lakin ona həmin qərarın təqdim edilməsi yalnız xx.xx.2024-cii il tarixində baş tutmuşdur və bu poçt möhürü və konvertin təqdim olunması ilə sübut olunur. Bu, təqsirli sayılmağı üçün kifayət deyil və qərarın qanunsuz olduğunu göstərir. Aşağıda qeyd etdiyi hüquqi əsaslara görə bu qərarın ləğv olunmasını xahiş etmişdir: İXM-nin 106.0.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmalıdır. Ona rəsmi məlumat verilməmiş və hüquqları izah edilməmişdir. Bu səbəbdən inzibati işin qanunauyğunluğu şübhə altındadır. xx.xx.2024-cii il tarixli MN ******* saylı qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsaslar isə aşağıdakəlardır. İddia edilən pozuntunun hansı dövrdə baş verdiyi aydın deyil. Qeyd olunan hal da öz növbəsində onun müdafiə hüququnun məhdulaşdırılmasına əsas yaradır, inzibati xətanın isə dəqiqliyini şübhə altına salır. Belə ki, AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda öz əksini tapmalıdır. Bununla yanaşı, həmin Məcəllənin 106.0.6-ci maddəsinə əsasən “Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: ... işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı” Qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta ilə bağlı işə baxılarkən ona rəsmi məlumat verilməmiş, iştirakım təmin edilməmiş və AR İXM-nin 100.2-ci maddəsinə əsasən hüquqları və vəzifələri izah edilməmişdir.Əlavə olaraq, səlahiyyətli orqan inzibati xəta haqqında protokolu tərtib edərkən pozuntunun şahid ifadəsi ilə təsdiq edildiyini qeyd etmişdir. Bildirir ki, şahid ifadəsinə əsaslanaraq pozuntunun tanınması Avropa İnsan Hüquqları Məhkəməsində formalaşmış hüquqi mövqeyə əsasən "ədalətli məhkəmə araşdırması" hüququnun kobud pozuntusu hesab edilir. Bu nöqsanlarla əsassız və qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Bu da onu deməyə əsas verir ki, əsassız olaraq inzibati protokol və nəticədə qərar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş məsləhətçisi X9 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, X2 rəhbəri olduğu hüquqi şəxs «Vilstream Az” MMC İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4538/2024 saylı qərarı ilə 20000(iyirmi min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın təqsirli olaraq törədilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarında sübuta yetirilmişdir. X1 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi ilə bağlı məhkəməyə heç bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə iclasının sözügedən şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4538/2024 saylı qərarından görünür ki, «Vilstream Az” MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000(iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2005/2024 saylı, xx.xx.2024-cü saylı qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, «Vilstream Az” MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4538/2024 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X2 direktoru olduğu «Vilstream Az” MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4538/2024 saylı qərarı ilə İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000(iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2005/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə "xxxx" MMC-nin direktoru X7 vəzifəli şəxs qismində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20000(iyirmi min) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması, həmin əməli törətməkdə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmədiyindən cəmiyyətin direktoru X7 da inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. «Vilstream Az” MMC-nin direktoru tərəfindən vətəndaş X5 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X7 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5166/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5166/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver