Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5185/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28590265 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28590265 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı-Quba yolunun Binəqədi rayonu Biləcəri qəsəbəsi massivindən keçən hissəsində Həmdəm Ağayev küçəsi ilə kəsişmədə xx.xx.2025-ci il tarixdə ona məxsus **-HP-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən EQ28590265 nömrəli qərar əsasında İXM 327.1-1. 5.9, 5.10.1 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin protokol əsassızdır. Belə ki, səlahiyyətli orqanın əlavə etdiyi foto şəkillərdən də aydın görünür ki, o, həmin anda 1.5 xəttinin üzərindən sola dönmə üçün manevr etmişdir. Həmçinin həmin zolaqda yerdəki nişanlar arasında ziddiyyətlər vardır. Beləki yerdə avtobus zolağı ilə yanaşı 1.5 zolaqlarıda aydın izlənilməkdədir. Həmçinin Bakı-Sumqayıt şosesi ilə hərəkət edən NV-üçün “avtobus zolağı” protokola əlavə edilmiş şəkildən və onun tərəfindən əlavə edilmiş sübutdan da aydın göründüyü kimi həmin yol ayrıcı bitdikdən sonra yerləşdirilmişdir. Yol hərəkəti haqqında ümumi dünya üzrə qəbul edilmiş QOST standarta əsasən yolun hərəkət hissəsinə quraşdırılmış nişanlar və ya nişanlanma xətləri arasında ziddiyət təşkil edərsə sürücü müstəqil qərar qəbul edə bilər. Son olaraq qeyd etmək istəyir ki, səlahiyyətli orqan tərəfindən əlavə edilmiş şəkilə effekt verilmişdir. Çünki həmin yolda zolaqlar gözlə belə rahatlıqla seçiləcək vəziyyətdə deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə və şikayət verən şəxsə təkrarən məlumat verilsə də, onlar (nümayəndə) məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Asan ödəniş portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə X2 Bakı-Quba yolunun 8.7-ci km-də **-HP-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya (5.9, 5.10.1 - 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə) görə xx.xx.2025-ci il tarixli EQ 28590265 nömrəli qərarla 100 manat məbləğində cərimə edilmişdir. Əlavə edilmiş fotoşəkildən görünür ki, də **-HP-*** qeydiyyat nişanlı avtomobil ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi zolağa daxil olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Fotoşəkildən aydın görünür ki, ümumi istifadədə olan nəqliyyat vasitələri (avtobuslar) üçün ayrılmış zolaq yolun digər hissəsindən iki qoşa ağ xəttlə ayrılmışdır ki, bu da həmin zolağa digər nəqliyyat vasitələrinin daxil olmasını birmənalı şəkildə qadağan edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən, yalnız bu zolaq qırıq xəttlə ayrıldığı halda və yalnız dönmə, yola çıxma və ya sərnişinlərin minməsi/düşməsi məqsədilə, ümumi nəqliyyat vasitələrinə maneə yaratmamaq şərtilə keçidə icazə verilir. Halbuki bu halların heç biri hazırkı vəziyyətdə mövcud deyil. **-HP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü zolağa daxil olaraq orada hərəkət edir ki, bu da qoşa xəttin keçilməsi ilə müşayiət olunur. Qırıq-qırıq xəttin həmin zolağın daxilində olması yalnız avtobusların öz zolaqları daxilində manevrləri üçün nəzərdə tutulmuşdur və digər nəqliyyat vasitələri üçün keçid hüququ yaratmır. Əlavə olaraq, fotoşəkildən digər sürücülərin sağa dönmək məqsədilə BUS zolağının sonlandığı yerdə, yəni artıq qoşa xəttin olmadığı hissədə dönməyə hazırlaşdıqları çox aydın görünür. Bu isə onu göstərir ki, digər sürücülər yol hərəkəti qaydalarına riayət edərək, xüsusi zolağa keçmədən, qanunla icazə verilmiş sahədə manevrə hazırlaşırlar. Başqa sözlə, yol nişanlarında hər hansı ziddiyyət olsa idi, bunu digər sürücülərin davranışından da müşahidə etmək olardı. Ona görə də məhkəmə şikayət verənin arqumentlərini əsassız hesab edir. Nəticə etibarilə, **-HP-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağındakı hərəkəti İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya uyğun olmuşdur. Ona görə də mübahisələndirilən qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28590265 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28590265 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5185/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5185/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver