Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5189/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, X2, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi, yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X1 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerində gəlmiş YPX inspektoru Fərid Rzayev hadisə ilə maraqlandıqdan sonra təqsirin qarşı tərəfdə olduğunu deyib sənədlərini almış, növbəti gün saat 16:00-da Binəqədi RPİ-nin Dövlət X8 gəlməsini bildirmişdir. YPX inspektoru ona hadisə yerinin tam tərtib edilməmiş sxeminə qol çəkdirmiş, sonradan təqsirin onda olduğunu bildirmişdir. O, etirazını bildirdikdə ona məhkəməyə müraciət etməsini demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Lakin Binəqədi RPİ-nin DYPŞ-nin rəisi, polis mayoru Vüsal Qələndərov tərəfindən barəsində yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun heç bir təqsiri yoxdur. O, sağ tərəfə dönərkən güzgüyə baxıb, avtomobil olmadığını gördükdən sonra manevr etmiş, həmin vaxt avtomobilinin arxa sağ qanadından zərbə dəymiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə onun təqsirinə görə baş verməmiş, barəsində əsassız halda inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 nümayəndəsi, yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X3 bildirmişdir ki, baş vermiş yol- nəqliyyat hadisəsi onun tərəfindən araşdırılmışdır. X4 idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətdiyinə görə sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı Bəhram Səfərov Baş X11 İdarəsinə şikayət vermiş, həmin idarədə də araşdırma aparılaraq protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. Bundan sonra Bəhram Səfərov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildimişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Yəni sağa dönən sürücü manevri təhlükəsiz etməli, digər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır. Həmin qanunun Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin qanunun 42-ci maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat cərimə olunmuşdur. Odur ki, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3031/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X7 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 göndərilmişdir. xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Sumqayıt yolunda “KİA” markalı Az **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozub “Toyota” markalı Az **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyinə görə Binəqədi rayon Polis İdarəsi Dövlət X9 əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsində vətəndaş Bəhram Səfərovun müraciəti əsasında xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi RPİ DYP Şöbəsinə göndərilmişdir. Yol-nəqliyyat hadisəsi üzrə toplanmış materiallara Bakı şəhər BPİ DYP idarəsində yenidən baxılmış və sonuncunun inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X4 nəqliyyat vasitəsini idarə edərkən sağ istiqamətdə manevr etməklə sağ hərəkət zolağında hərəkət edən avtomobilə yol verməmiş, bununla da manevr qaydalarını pozaraq yolnəqliyyat hadisəsini törətmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı-Sumqayıt yolunda “KİA” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən əsaslı olaraq xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5189/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5189/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver