Məhkəmə qərarları › İş №3(001)-5190/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5190/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5190/2025 30.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: İşin faktiki halları:

1. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27744824 nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir.

2. Həmin qərardan X2 məhkəməyə şikayət vermiş, eyni zamanda şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

3. X2 məhkəməyə ərizə təqdim edərək müddətin bərpasına dair verdiyi vəsatətə zəruri sənədlərin surətinin əlavə edilməsi məqsədi ilə inzibati qaydada şikayət ərizəsinə və vəsatətə baxılmadan ona geri qaytarılmasını xahiş etdiyindən qeyd olunan şikayətə baxılması üçün məhkəməyə predmet qalmamışdır. Belə olan halda X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır.

4. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq,

qərara aldım:

X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılmadan geri qaytarılsın.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar