Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5195/2024 17.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə cərimə olunması barədə qərar qəbul edilmişdir. Qərar qanunsuzdur və həqiqəti əks etdirmir. Buna görə də həmin qərar ləğv olunmalıdır. Belə ki, “X4 minik” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hüquqi şəxs "xxxx" ASC-yə məxsusdur. O, həmin cəmiyyətdə fəhlə işləmiş, xx.xx.2023-cü il tarixdə işdən çıxmışdır. Həmin vaxtdan orada işləmir. Buna baxmayaraq həmin avtomobili xx.xx.2024-cü il tarixdə idarə etmiş şəxsin qayda pozuntusuna dair cəriməsi ona yazılmışdır. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarlarından şikayət verilən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 iyul 2023-cü il tarixli 03 saylı əmrin surətindən görünür ki, X2 həmin tarixdə "xxxx" ASC-də tutduğu fəhlə vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “X4 minik” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İXM-in 327.1 və 332.3-cü maddəsi ilə 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Bununla bağlı şikayət verən bildirir ki, “X4 minik” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil inzibati xətanın törədildiyi vaxt onun tərəfindən idarə edilməmişdir. Belə ki, “X4 minik” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hüquqi şəxs "xxxx" ASC-yə məxsusdur. O, həmin cəmiyyətdə fəhlə işləmiş, xx.xx.2023-cü il tarixdə işdən çıxmışdır. Həmin vaxtdan orada işləmir və həmin avtomobili idarə etmir. Məhz bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş, lakin bugünədək cərimə onun adından silinməmişdir. Şikayət verən X1 bildirdikləri inzibati tənbeh vermə haqqında qərardakı məlumatlar, 03 iyul 2023-cü il tarixli 03 saylı əmrin surəti və Baş Dövlət Yol Polisi İdarəsinin işdə olan məktubları ilə təsdiq olunur. Buna baxmayaraq inzibati xəta haqqında işə baxan səlahiyyətli orqan sözügedən inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərarı X2 barəsində çıxarmışdır. Odur ki, məhkəmə şikayətin həmin dəlillərilə razılaşır və onları əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş şikayət verən X1 iştirakı ilə yenidən baxılmaq üçün göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5195/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5195/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver