Məhkəmə qərarları › İş №3(001)-5195/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5195/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5195/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 izahat verərək bildirmişdir ki, X5 02 iyul 2025-ci il tarixdə bölməyə müraciət edərək həmin tarixdə səhər saatlarında yaşadığı ünvan 2 ünvanında yerləşən evə daxil olan naməlum şəxsin ona məxsus içərisində 80 manat olan pul kisəsini oğurladığını bildirmişdir. Həmin məlumat əsasında müvafiq araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilərək şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş üzrə xırda talama əməlini törətmiş şəxsin Şəxs olması müəyyən edildikdən sonra həmin şəxs saxlanılaraq bölməyə gətirilmişdir. Daha sonra Şəxs izahatı alınmış və barəsində barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdalov X1 rayonu, İ.Hacıyev küçəsi 62 C ünvanında yerləşən evə daxil olaraq içərisində 80 manat olan pul kisəsini oğurladığını, lakin hazırda zərərçəkmiş şəxs Möhtərəm Eminova vurulmuş ziyanı tam şəkildə ödəyərək onunla barışdığını qeyd edib, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Zərərçəkmiş şəxs X5 02 iyul 2025-ci il tarixdə ona məxsus olan evdən içərisində 80 manat olan pul kisəsinin oğurlandığını, lakin Şəxs həmin 80 manat pulu geri qaytardığını və 20 manat dəyərində olan pul qabını qaytardığını, hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır. Həmçinin həmin qərar üzrə vurulmuş maddi ziyanın məbləği 100 manat olaraq müəyyən edilmişdir.

6. xx.xx.2025-ci il tarixli, AZA № 022394 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və 23 iyul 2025-ci il tarixdə saat 10:00-da inzibati tutmadan azad edilmişdir.

7. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 05:20-də ünvan 3 ünvanında X2 evinə daxil olaraq içərisində 80 manat olan 20 manat dəyərində pul kisəsini oğurlayaraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.

8. İş üzrə zərərçəkmiş şəxs X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən oğurlanmış 20 manat dəyərində olan pul kisəsi və 80 manat pul tam şəkildə ona qaytarılmış, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

9. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir.

10. Belə ki, Şəxs xırda talama yolu ilə xx.xx.2025-ci il tarixdə saat 05:20-də ünvan 3 ünvanında X2 evinə daxil olaraq içərisində 80 manat olan 20 manat dəyərində pul kisəsi oğurlamışdır. Lakin inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən xırda talama yolu ilə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və tərəflər arasında barışıq əldə olunmuşdur.

11. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir.

12. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs xırda talama yolu ilə X3 vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

13. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

14. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

15. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar