Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5197/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X11 katibliyi, X3, qərarından şikayət verilən orqanın nümayəndəsi X5 və şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin X6 vasitəsilə qeydə alınmış İXM-in 346.1-ci maddəsi ilə cərimə edilməyi ilə bağlı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin X6 vasitəsilə qeydə alınmış İXM-in 346.1-ci maddəsi ilə cərimə edilməyi ilə bağlı xx.xx.2023-cü il tarixli elektron qərardan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə aidiyyəti üzrə məhkəməyə daxil olmuşdur. X7 şikayətini onunla əsaslandırmışdır ki, 15 noyabr 2023-cü il tarixdə saat 09:00 radələrində idarə etdiyi “KİA” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, F.Xoyski küçəsi ilə üzü yuxarı ’”Gənclik Mall” istiqamətində hərəkət edərkən qarın nahiyyəsindən bərk sancı tutduğundan avtomobili sağ tərəfə verib, qəza işıqlarını yandırıb, təcili məcburi dayanmışdır. Təxminən 20-30 dəqiqə bu səbəbdən avtomobilin içində əyləşib sancının keçməsini (vəziyyətimin stabilləşməsini) gözləmiş və səhhəti normal vəziyyətə düşən kimi avtomobili ilə hərəkət edə bilmişdir. Təxminən bir saat sonra qeyd edilən yerdə səhhəti ilə bağlı avtomobilin qəza işıqlarını yandırıb təcili və məcburi dayandırmaqla içərisində əyləşib vəziyyətinin stabilləşməsini gözləməyinə baxmayaraq DİN BDYPİ X6 tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə cərimə edilməyi barədə EQ 18057098 saylı, 15 noyabr 2023-cü il tarixli protokol əsasında eyni tarixli cərimə qərarının qüvvəyə minməsinə dair mobil telefonuna məlumat daxil olmuşdur. Bu vəziyyətdə, yəni səhhətinin pisləşməsi səbəbindən təcili məcburi dayanmağına görə ona qanunsuz elektron cərimə tətbiq edilmişdir. Hesab edir ki, avtomobilin qəza işıqları işlək vəziyyətdə və sürücü nəqliyyat vasitəsinin daxilində olduğu halda, dayanma səbəbi yerində aydınlaşdırmadan texniki qurğu vasitəsilə qeydə alınmış cərimə əsassız və qanunsuzdur. Ona görə də, avtomobili ilə hər hansı inzibati xəta törətmədiyindən DİN BDYPİ X6 tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə barəsində EQ 18057098 saylı, 15 noyabr 2023-cü il tarixli protokol əsasında tərtib edilmiş eyni tarixli elektron qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığına görə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində İXM-in 346.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli elektron qərarın qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Niyazi Abbasov çıxış edərək şikayət üzrə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nin X2 qeydə alınmış xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X4 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 etibarnamə əsasında idarə etdiyi “KİA Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qadağan edilən yerdə dayandığı üçün Azərbaycan Respulikası İXM-nin 346.1-ci maddəsi ilə barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, X7 ona məxsus avtomobili dayanma və durmanın qadağan edildiyi yerdə deyil, yalnız dayanmanın qadağan edildiyi yerdə saxlamışdır. Belə olan halda X4 əməlində İXM-in 346.1-ci maddəsinin tərkibi yaranmır və məsuliyyətə cəlb oluna bilməz. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinin 19cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. İXM-in 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin X6 vasitəsilə qeydə alınmış xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin X6 vasitəsilə qeydə alınmış xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və X7 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5197/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5197/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver