Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-52/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 06.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 06.07.2021ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verilməsinə görə 1000 manat cərimə olunmasına dair MN ******* saylı, 06.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bütün prosedurların Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq aparılmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi barəsində ilk dəfə olaraq 05.02.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib etmiş və həmin protokola əsasən 06.07.2021-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi əsassız olaraq müraciət edərək, işçi ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin ləğv edilməsini tələb etmişdir. Həm protokola, həm də qərara nəzər yetirdikdə barəsində qərarın hansı əsaslara görə tərtib edildiyini müəyyən etməyin mümkün olmadığı görünür. Belə ki, həm protokolun, həm də qərarın müəyyən edildi hissəsində “əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir” cümləsi ümumi olaraq qeyd edilmişdir. Lakin orada əmək müqaviləsinin hansı tələblərinin pozulduğu sadalanmamış, qərarda əmək qanunvericiliyinin konkret hansı tələblərinin pozulduğu qeyd edilməmişdir. Qərar 06.07.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, protokol və qərar ona təqdim edilməmişdir. Bu əsaslara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına görə onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. X12 Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 Minayə Şəfi qızı tərəfindən zəruri sübutların inzibati orqana vaxtında təqdim edilmədiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X12 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Şikayətə əlavə edilmiş 29.12.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X11 tərəfindən həmin tarixdə 336 manat pul alınmışdır. Həmçinin şikayətə əlavə edilmiş 19.08.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X11 əmək haqqını tam şəkildə adığından "xxxx" MMC-yə qarşı heç bir tələb və iddiasının olmadığını qeyd etmişdir. AR İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 06.07.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-52/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-52/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver