Məhkəmə qərarları › İş №3(001)-520/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-520/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-520/2022 06.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilmişdir. Belə ki, F.S.Kərimov 09.10.2019-cu il tarixdə, saat 17:06:55-də “Mercedes 230 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Y.Səfərov küçəsi, Azəriqaz ASC-nin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verən F.Kərimov bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Mercedes 230 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini guya qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən 09.10.2019-cu il tarixdə, saat 17:06:55-də Y.Səfərov küçəsində Azəriqaz ASC-nin qarşısında idarə etmişdir. Buna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli elektron qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Lakin həmin protokol barədə ona məlumat verilmədiyi üçün qanuna müvafiq olaraq protokoldan şikayət verə bilməmiş və 10 gün sonra qeyd olunan protokol inzibati tənbeh vermə haqqında qərar hesab edilmişdir. Elektron qərarın surəti də qeydiyyatda olduğu və daimi yaşadığı ünvana göndərilmədiyi üçün qərarla bağlı vaxtında məhkəməyə şikayət verə bilməmişdir. Qeyd olunan protokoldan və qərardan 2020-ci ilin fevral ayında Kürdəmir rayonuna yas mərasimində iştirak etmək üçün gedərkən xəbərdar olmuşdur. Belə ki, etibarnamə əsasında idarə etdiyi “Mercedes 230 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq yol hərəkəti qaydalarını pozduğu üçün barəsində çoxlu sayda inzibati xəta haqqında protokol tərtib edildiyini və xeyli miqdarda cərimə ödəməli olduğunu bildirilmişdir. Bu barədə məlumatı olmadığını, bununla bağlı nə istifadə etdiyi mobil telefona SMS gəlmədiyini, nədə qeydiyyatda olduğu və daimi yaşadığı ünvana bununla bağlı hər hansı bildiriş göndərilmədiyini bildirmiş, dəqiqləşdirmə aparılması üçün Binəqədi rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə müraciət etmişdir. Orada ona məlumat verən olmadığı üçün məcburiyyət qarşısında qalıb, rəhbər orqanlara müraciət etmişdir.Müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 27.03.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin müraciət araşdılması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. 01 iyun 2021-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi barəsində Bakı inzibati Məhkəməsində iddia qaldırmış, iddia əsasında məhkəmənin vasitəsilə ilə qeyd olunan elektron protokolun və qərarın surətini almışdır. Daha sonra məhkəməyə şikayət vermişdir. Hesab edir ki, protokol və qərar barədə məlumatlandırılmaması həmin qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi, Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, X5 “Mercedes 230 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsində nəzərdə tutulan inzibati xətalara yol verilməsi halları üzrə xüsusi texniki vasitələrin Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında vətəndaş F.Kərimov barəsində EQ 5854332, EQ ******* və EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmış, bununla yanaşı sonuncu barəsində 01.03.2017-ci il və 04 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tərtib edilmiş MMX ******* və MMX ******* nömrəli elektron protokollar əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Fazil Kərimov həmin qərarlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci və 125.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. Məhkəmə şikayət vermiş şəxsin, nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 09.10.2019-cu il tarixdə, saat 17:06:55-də “Mercedes 230 minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Y.Səfərov küçəsi, Azəriqaz ASC-nin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə (İnzibati xəta hadisəsinin fotosu əlavə edilmişdir) Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 06.04.2022-ci il tarixli məktubundan görünür ki, X5 EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli qərar barədə Azərbaycan Respublikası İXM-in 125.2.2 və 125.3-cü maddələrində nəzərdə tutulmuş qaydada SMS vasitəsilə məlumatlandırılmışdır. “Yol hərəkəti haqqında” qanunun Vİ maddəsinə görə Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə görə nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə Bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Eyni Məcəllənin 122.2-ci maddəsinə görə İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır:.. 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;... Eyni Məcəllənin 125.3-cü maddəsinə görə Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 339.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şikayətin inzibati xəta haqqında protokolun rəsmi qaydada verilməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunda nəzərdə tutulmamışdır, bu halda inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində birbaşa inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Odur ki, sözügeden inzibati xəta ilə bağlı protokol tərtib edilməsi qanunda nəzərdə tutulmadığından mövcud olmayan protokolun X4 təqdim edilməsi mümkün deyildi və bu mənada şikayətin həmin dəlilləri əsassızdır. Şikayətin inzibati tənbeh vermə haqqında qərarın rəsmi qaydada verilməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsinin 06.04.2022-ci il tarixli məktubuna əsasən X5 EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli qərar barədə Azərbaycan Respublikası İXM-in 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada SMS vasitəsilə məlumatlandırılmışdır. Həmin qaydada məlumatlandırma İXM-in 125.2.2-ci maddəsinə uyğun olduğundan şikayətin həmin dəlilləri də əsassızdır. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında... Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin EQ ******* seriyalı, 09.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar