Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5200/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X6 katibliyi, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP0141555 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP0141555 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının EP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, barəsində 2661,45 (iki min altı yüz altmış bir ABŞ dolları qırx beş sent) ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının gəldiyi nəticəyə əsasən X4 tərəfindən xx.xx.2021-ci il tarixdə bank hesabından 105000 ABŞ dolları məbləğində pul vəsaiti xarici şirkətin bank hesabına ödənilmiş və 2 (iki) il müddət keçsə də, 26614,50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, pullar geri qaytarılmamış və ya xidmətlər göstərilməmişdir. Bu baxımdan da, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X4 ilə Çin Xalq Respublikasının “YİWU NİNTHSUNS TRADE CO„ LİMİTED” şirkəti arasında bağlanmış müqavilənin ümumu məbləği 900000 (Doqquz yüz min) ABŞ dollarıdır. "YİWU NİNTHSUNS TRADE CO., LİMİTED” şirkətə müqavilədə qeyd olunan malların vaxtında göndərilməsi ilə bağlı dəfələrlə müraciət olunmuş və səbəb olaraq, sözügedən malların logistik şirkət tərəfindən gecikdirildiyini bildirmişdir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim olunacaqdır. Göründüyü kimi, xaricə köçürülmüş pul vəsaitinin əvəzində malların idxal olunmasının gecikdirilməsi X2 asılı olmamışdır. Qərarda müqavilə öhdəliyinin daha uzun müddət ərzində icra oluna bilməsi və məhkəmələrin bu xüsusatı nəzərə alması da əks olunmuşdur. Həmçinin, “YİWU NİNTHSUNS TRADE CO., LİMİTED” şirkəti tərəfindən alqı-satqı müqaviləsində nəzərdə tutulan məhsulunun göndərilməməsindən də aydın olur ki, həmin şirkət qanunun və müqavilə tələblərini pozmağa meyillidir. Ona görə də həmin şirkətin məsuliyyətsizliyi səbəbindən X3 inzibati məsuliyyətə cəlb olunması İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə ziddir. Çünki, malların logistik şirkət tərəfindən gecikdirilməsinə görə X3 əməlinin ictimai təhlükəliliyi aradan qalxmışdır. Həmçinin, malların idxal olunması ilə X3 İXM-nin 430.4-cü maddəsinin tələblərini qəsdən pozmaq niyyətinin olmadığı bir daha sübuta yetirilir. Qeyd olunanlardan bir daha görünür ki, X4 xaricə, yəni “YİWU NİNTHSUNS TRADE CO., LİMİTED” şirkətini normal prinsiplər əsasında fəaliyyət göstərən bir şirkət olaraq təsəvvür etmiş, ona köçürdüyü vəsaitə görə heç bir mənfəət əldə etməmiş, əksinə zərər görmüş və bunu arzu etməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, məhkəməyə köçürülən pul müqabilində alınan mallara dair gömrük bəyannəmələrini təqdim etmiş, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP0141555 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri bardə qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə iclasının qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Mərkəzi Bankın nümayəndəsi Nümayəndə elektron məhkəm informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, X4 barəsində qəbul olunmuş EP0141555 nömrəli qərardan verilmiş şikayət üzrə baxılan 3(001)-5200/2023 saylı inzibati işdə təqdim olunmuş YGB-lərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-lər üzrə xx.xx.2021-ci il tarixli, 105000 ABŞ dolları məbləğində köçürməyə görə mallar ölkəyə idxal olunmuşdur. Açıqda qalan məbləğ yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2661.45 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli, 854 nömrəli müqavilədən görünür ki, satıcı "YİWU NİNTHSUNS TRADE CO., LİMİTED” şirkəti ilə alıcı X4 arasında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, **********6992 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ölkəyə 4382,09 manat dəyərində mal idxal olunmuşdur. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, **********7044 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ölkəyə 26598,03 manat dəyərində mal idxal olunmuşdur. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, **********5145 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ölkəyə 3497,08 manat dəyərində mal idxal olunmuşdur. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, **********2405 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ölkəyə 934,25 manat dəyərində mal idxal olunmuşdur. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, **********8892 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ölkəyə 2577,74 manat dəyərində mal idxal olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barasində qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP0141555 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, X4 ilə “YİWU NİNTHSUNS TRADE CO., LİMİTED” şirkəti arasında xx.xx.2021-ci il tarixli, 854 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 tərəfindən 105000 ABŞ dolları məbləğində pul vəsaiti xarici şirkətin bank hesabına ödənilmiş və 2 (iki) il müddət keçsə də, 26614,50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, pullar geri qaytarılmamış və ya xidmətlər göstərilməmişdir. İş materiallarında olan yük gömrük bəyannamələrinin, eləcə də inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin ərizəsindən göründüyü kimi X4 tərəfindən xx.xx.2021-ci il tarixdə ölkə xaricinə köçürdüyü 105000 ABŞ dolları məbləğində vəsait hesabına idxal əməliyyatları aparılmış və X3 bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Bu isə onu göstərir ki, X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə X3 əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə qərara xitam verilməli və barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5200/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5200/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver