Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5210/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Lalə Makhmudovanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı əsasında Lalə Makhmudova Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə 3000 manat cərimə edilmişdir. Belə ki, X3 xx.xx.2024-cü il tarixindən vəzifəli şəxs Lalə Makhmudova tərəfindən AR Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən operator vəzifəsi üzrə iş yerinə yetirilməsinə cəlb edilmişdir. Lalə Makhmudova sözügedən qərardan şikayət vermiş, həmin şikayət müddət ötürülməklə verildiyindən şikayətə müddətin bərpası barədə vəsatət əlavə etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından şikayət etmiş və məhkəmədən xahiş etmişdir ki, sözügedən qərarın ləğv olunması barədə qərar qəbul edilsin. Binəqədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(001)-4021/2025 saylı qərarı ilə şikayət vermə müddətinin ötrüldüyü əsaslarla şikayətin geri qaytarılmasını qərara almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, nikahlarının ləğv olunana kimi keçmiş həyat yoldaşının qeydiyyatda olub yaşadığı ünvanda, ünvan 1diyyatda olmaqla yaşamışdır. Sonradan həyat yoldaşı tərəfindən döyülərək azyaşlı uşağı ilə birgə evdən qovulmuş, hazırda valideynlərinə məxsus evdə yaşayır. Bu səbəbdəndə daimi qeydiyyatda olub yaşadığı ünvana göndərilmiş məktublar barədə heç bir məlumatı olmamışdır. Bir müddət sonra ona zəng olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə çağrılmışdır. Sonradan məlumatı olmuşdur ki, barəsində sözügedən qərar qəbul edilmişdir. Bundan sonra prosesual müddətə əməl etməklə sözügedən qərardan aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş və Binəqədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(001)-4021/2025 saylı qərarı ilə şikayət vermə müddətinin ötrüldüyü əsaslarla şikayətin geri qaytarılmasını qərara almışdır. Göründüyü kimi ondan asılı olmayan səbəbdən o, şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 vəsatəti əsassız hesab edərək, müddətin bərpası barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Lalə Makhmudova məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə vəsatətə Lalə Makhmudovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 6802/2024 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunmuşdur. Belə ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – rəhbəri X4 tərəfindən MMCnin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X1 xx.xx.2024-cü il tarixdən etibarən operator kimi işlərinin görülməsinə cəlb etmişdir. Lale Makhmudova Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-6802/2024 saylı qərarından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4021/2025 saylı qərardadından görünür ki, Lale Makhmudovanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardad Lale Makhmudova tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. AZ-İ 518191 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Lalə Mahkmudova arasında bağlanmış nikah xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə, müddətin bərpası barədə vəsatətin rədd edilməsini aşağıdakı hüquqi və faktiki amillərlə əsaslandırır. Birincisi, vəzifəli şəxs Lale Makhmudova mübahisələndirdiyi inzibati xəta ilə bağlı hüquqi şəxsə qarşı tətbiq edilmiş cərimə haqqında məlumatlı olmuşdur. Çünki, hüquqi şəxs adından həmin qərardan apellyasiya şikayətini məhz özü vermişdir ki, bu da həmin məsələ ilə bağlı məlumatlı və hüquqi mövqeyinin fərqində olduğunu təsdiq edir. Deməli, vəzifəli şəxsin özünə qarşı tətbiq edilən cərimə barədə məlumatsız olduğunu iddia etməsi reallığa uyğun deyil. İkincisi, vəzifəli şəxs ilk dəfə məhkəməyə şikayətlə müraciət edərkən, şikayəti məhkəmə qərardadı ilə xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır. Həmin qərardadı xx.xx.2025-ci il tarixində qəbul etsə də, məhkəməyə yenidən müraciəti xx.xx.2025-ci il tarixdə olmuşdur. Göründüyü kimi, vəzifəli şəxs bu mərhələdə də passiv davranaraq operativ reaksiya verməmiş, yetərli hüquqi aktivlik nümayiş etdirməmişdir. Üçüncüsü, vəzifəli şəxsin müddətin bərpası barədə vəsatətdə göstərdiyi "nikah ləğv olunana qədər həyat yoldaşının evində yaşadığı, daha sonra qovulduğu üçün başqa ünvanda yaşaması səbəbi ilə məktubları ala bilmədiyi" səbəbi inandırıcı və hüquqi cəhətdən əhəmiyyətli əsas hesab oluna bilməz. Belə ki, inzibati tənbeh haqqında qərar xx.xx.2024-cü il tarixində qəbul edildiyi halda, vəzifəli şəxsin nikahı yalnız xx.xx.2025-ci il tarixində ləğv olunmuş və həmin dövr ərzində vəzifəli şəxs nikah münasibətlərində olduğu üçün faktiki yaşayış yerindəki məktubları almaq imkanına malik olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müddətin bərpa edilməsi ilə bağlı Lalə Makhmudovanın vəsatəti yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etmədiyindən əsaslı hesab oluna bilməz. Odur ki, Lalə Makhmudovanın müddətin bərpası barədə vəsatəti əsasında buraxılmış müddətin bərpasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lalə Makhmudovanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasından imtina edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-5210/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5210/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver