Məhkəmə qərarları › İş №3(001)-5222/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5222/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5222/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Pirallahı rayonu, Artyon qəsəbəsində fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ***-***-**-** mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis kapitanı X2 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ***-***-**-** mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Ayna Sultanova heykəlinin yanında tanımadığı şəxslər ona yaxınlaşaraq onu qorxutmuşlar. O da bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq ona kömək edilməsini xahiş etmişdir. Bu zaman həmin şəxslər onu söyüb təhqir etdiklərindən o da həmin şəxsləri təhqir etmişdir. DİN-in 102 xidmətinin operatoru isə elə bilmişdir ki, onları təhqir edir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş ***-***-**-** mobil nömrədən DİN-in 102 xidmətinə daxil olan zəngin səsyazmasından görünür ki, Şəxs DİN-in 102 xidmətinə zəng edərək, küçədə onu incidən şəxslər olduğu barədə məlumat vermiş, kömək istəmişdir. Daha sonra isə yenidən zəng edərək həmin idarənin vəzifəli şəxslərinin adını çəkərək onların üvnanına qeyri-etik ifadələr işlətmişdir. Beləliklə, məhkəmə işin hallarını, o cümlədən şəxs tərəfindən DİN-in 102 xidmətinə edilən zəngin səs yazısını təhlil etmiş və müəyyən etmişdir ki, həmin səs yazısında Şəxs dövlət orqanının əməkdaşlarının adını çəkərək açıq-aşkar nalayiq ifadələrlə təhqir edərək, xırda xuliqanlıq etmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, bu cür davranış – vəzifəli şəxsləri telefon vasitəsilə təhqir etmək və onlara nalayiq münasibət göstərmək – cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai asayişin pozulması kimi çıxış edir və bu da İXM-in 510-cu maddəsinin dispozisiyasına tam uyğun gəlir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı məlumat aşkar edilmir. Məhkəmə Şəxs yaşını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs yaşını və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar