Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5233/2023 18.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 275.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 275.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-03027/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00100- 03027/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən İran İslam Respublikasından 11D42310/11D42410 nömrə nişanlı yük avtomaşınında 21 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi üzrə idxal edilmiş mallardan qalınlığı 10 mikron olan 7034 kq polietilen torbaların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəyyən edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 275.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli yoxlama haqqında protokoldan görünür ki, AL.KAT" MMC-nin ünvanına 11D42310/11D42410 nömrə nişanlı avtomaşın ilə daxıl olmuş və Bakı Baş Gömrük İdarəsində **********1875 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması keçirilmiş, gömrük bəyannaməsində bəyan edilmiş polietilen torbalar ətraf mühitin mühafizəsi haqqinda qanunun 46-cı maddəsinin təsir dairəsinə düşməsinə şübhə olduğundan MGEİ-ə maldan nümunələr təqdim olunmuş və MGEİ-nin cavabına əsasən polietilen torbalardan 347 yer, 7034 kq-ı (rəngsiz, şəffaf, düzbucaqlı formalı qulplu, 10 mkron) “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşdüyü müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan X1 İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına **********1875 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş, 21 saylı xx.xx.2023-cü il tarixli invoys üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “Nailex (Polyethylene Torba)” adlı, polietilen (CAS 9002- 88-4) əsaslı, qalınlığı 10 mikron (0.010 mm) olan, rəngsiz, şəffaf, düzbucaqlı formalı qulplu torba və polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17 mikron (0.017 mm) olan, rəngsiz, şəffaf, düzbucaqlı formalı, qulpsuz torbalardır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlarına dair çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs ünvan 2 ünvanında yerləşir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-03027/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına İran İslam Respublikasının “X3” şirkətindən 11D42310/11D42410 nömrə nişanlı yük avtomaşınında 21 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş polietilen torbalar yükü **********1875 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. **********1875 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin yoxlanılması zamanı, sözügedən gömrük bəyannaməsində bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinin təsir dairəsinə düşməsinə dair şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq **********1875 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə X1 idarəsinə 3-33-1100/2-009413/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş, həmin İdarədən daxil olmuş 3-33-5300/2-005612/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına **********1875 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş, 21 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “Nailex (Polyethylene Torba)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 10 mikron (0.010 mm) olan, rəngsiz, şəffaf, düzbucaqlı formalı qulplu torba və polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17 mikron (0.017 mm) olan, rəngsiz, şəffaf, düzbucaqlı formalı, qulpsuz torbalardır X1 İdarəsinin rəyinə əsasən polietilen torbalardan 7034 kq-nın qalınlığı 10 mikron olduğunu əsas götürərək həmin malların 8 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşdüyü müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin həmin protokoldan görünür ki, Şəxs direktoru X2 izahatında göstərmişdir ki, direktoru olduğu MMC müxtəlif adda məhsulların idxalını sonradan həmin malların daxili bazarda satışını həyata keçirir, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ünvanına İran İslam Respublikasının “X3” şirkətindən 11D42310/11D42410 nömrə nişanlı yük avtomaşınında polietilen torbalar yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1875 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallar "xxxx" MMC və İran İslam Respublikasının “X3” şirkəti arasında bağlanmış 08 nömrəli, xx.xx.2023-cü tarixli müqavilə əsasında idxal edilmişdir. 11D42310/11D42410 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilməmiş, belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən alıcı malın dəyərini mal təhvil verildikdən sonra ödəməyi öhdəsinə götürmüş, tərəflərindən idxal edilmiş polietilen torbalardan 7034 kq müvafiq qanunla qadağan olunmuş malların siyahısına aid olmuşdur. X1 İdarəsinin rəyindən sonra həmin malların qadağan olunmuş malların siyahısına aid olduğu barədə məlumatları olmuş, həmin mallar səhvən 11D42310/11D42410 nömrə nişanlı yük avtomaşınına yüklənərək Azərbaycan Respublikasına göndərilmiş, belə ki, sözügedən malların İran İslam Respublikasının “X3” şirkəti tərəfindən Pakistana göndərilməsi nəzərdə tutulmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 148.3.1-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından, müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların arasında qalınlığı 15 mikrona qədər olan polietilen torbalar aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların arasında qalınlığı 15 mikrona qədər olan polietilen torbaların olması iş materialları ilə öz təsdiqini tapmış və Şəxs MMCnin İXM-in 275.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddi daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5233/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5233/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver