Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-525/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Nijnevartovsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, Şəxs dəfələrlə ünvan 2 ünvanda yerləşən “Araz” marketdən spirtli içkilər və ərzaq məhsulları oğurlamışdır. Həmin şəxs 07 yanvar 2025-ci il tarixdə yenədə dəyəri 43 manat, 08 qəpik olan “Nemiroff Deluxe” markalı spirtli içki arağı oğurlayıb, mağazadan çıxdıqdan sonra saxlanılaraq polis bölməsinə təhvil verilmişdir. Ümumilikdə şəxs marketə 208 manat, 13 qəpik maddi ziyan vurmuşdur. Hadisə üzrə araşdırılma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Şəxs qeyd olunan inzibati xəta hadisəsini törətməsi mağazadan götürülmüş video-görüntülərlə də öz təsdiqini tapmışdır. Odur ki, sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, video-görüntülərdə öz təsdiqini tapmış oğurluq hadisələrini o törətmiş, video-görüntüsü olmayan oğurluq hadisələrini isə o törətməmişdir. Təkcə “Nemiroff Deluxe” markalı spirtli içki olmamışdır. Bəzən ucuz olan spirtli içkilər də götürmüşdür. Təxmini həmin marketə 3 dəfə daxil olaraq oğruluq etmişdir. 31 dekabr 2024-cü il tarixdə də marketə daxil olmuş, lakin nə oğurlamasını isə dəqiq xatırlamır. Hal-hazırda dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat təxminən 16:35 radələrində saxlanıldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən orta dərəcəli sərxoş olsa da olanları xatırladığını bildirmişdir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, o, həmin marketdə menecer vəzifəsində işləyir və bütün məhsullara dair məsuliyyəti o daşıyır. Şəxs müxtəlif vaxtlarda marketdən oğurluq etmişdir. Həmin şəxs marketdən kolbasalar və “Nemiroff Deluxe” markalı spirtli içkilər oğurlamışdır. Ayrı-ayrı vaxtlarda olmaqla ümumilikdə 5 dəfə marketdən oğurluq etmişdir. Qeyd olunan oğurluq faktı video-görüntülərlə də öz təsdiqini tapır. Ümumlikdə marketə 208 manat, 13 qəpik ziyan vurmuşdur. Həmin şəxs ödəniş etməmişdir və onun vurduğu ziyan rəhbərlik tərəfindən ondan tutulacaqdır. Çünki, marketə cavabdehliyi o daşıyır. Hər hansı bir barışıq yoxdur və dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surəti icra olunmasından ötrü Binəqədi RPİ-nin 5-ci polis bölməsinə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, AZA 019099 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:35-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 2/1109 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:43-də Şəxs ORTA dərəcə alkoqol sərxoşluğu olmuşdur. Məhkəmə iclası zamanı təqdim edilmiş diskdə olan video-görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 5 ədəd video-görüntü əks etdirən fayl mövcuddur. Fayllardan 1-cisində olan görüntüdə Şəxs həmin marketin əməkdaşının yanından video-görüntünü qeydə alan şəxs tərəfindən 43 manat dəyərində olduğu qeyd edilən arağı götürüb, yaxasına qoymaqla marketi tərk etməsi müşahidə olunur. 2-ci faylda olan görüntüdən görünür ki, həmin videoyazının xx.xx.2024-cü il tarixə aid olduğu qeyd edilir, Şəxs kolbasa, sosiska, yağlar, çörək oğurlaması qeyd edilir, Şəxs 43 manat dəyərində olduğu qeyd edilən araqdan birini götürməklə marketi tərk etdiyi video-görüntüdə öz əksini tapmışdır. 3-cü faylda olan videogörüntüdən görünür ki, Şəxs göbələk turşusu və kolbasa, çörək götürərək ödənişini etmədən marketi tərk edir. 4-cü faylda olan videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixə aid videoyazıdır, həmin video yazıda Şəxs kolbasa, sosika çörək və 38 manat dəyərində olması bildirilən arağı götürərək pulunu ödəmədən marketdən çıxması öz əksini tapmışdır. 5-ci faylda olan videogörüntüdən görünür ki, görüntüdə Şəxs çörək, xiyar turşusu, kolbasa və araq oğurlaması bildirilir. Məhkəmə habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi istər özünün izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 25 dekabr 2024-cü il tarixdə saat 12:04 radələrində adını sonradan İbrahimpaşa Dadaşov küçəsi 91 ünvanda yerləşən "Araz" marketə qələrək rəflərdən dəyəri 85 qəpik olan bir ədəd çörək, dəyəri 10 manat olan bir ədəd "Sevimli dad prima doktor" markalı kolbasanı, dəyəri 6 manat, 40 qǝpik olan bir ədəd "Razdolye" göbələk turşusu, dəyəri 43 manat, 05 qəpik olan bir ədəd "Nemiroff De luxe" markalı arağı, həmin tarixdə saat 17:45 radələrində yenidən mağazaya daxil olaraq dəyəri 13 manat 41 qəpik olan bir ədəd "Sevimli Dad prima doktor" markalı kolbasanı, bir ədəd dəyəri 3 manat, 39 qǝpik olan "Bizim tarla" markalı xiyar turşusunu, bir ədəd dəyəri 27 manat olan Nemiroff Original" markalı arağı, 31 dekabr 2024-cü il tarixdə saat 18:10 radələrində dəyəri 85 qəpik olan bir ədəd kürə çörəyini, dəyəri 10 manat 68 qǝpik olan bir ədəd" Sevimli dad " markalı serveladı, bir ədəd dǝyǝri 6 manat, 40 qəpik olan "Razdolye" markalı göbələk turşusunu və bir ədəd dəyəri 43 manat, 05 qəpik olan "Nemiroff De luxe" markalı arağı oğurlayaraq mağazanı tərk etmişdir. Qeyd olunan halı marketin mağaza müdiri Şahid mağazada qurlaşdırılmış videogörüntülərdə aşkar etmişdir. 07 yanvar 2025-ci il tarixdə saat 16:19 radələrində Şəxs yenidən mağazaya gələrək rəfin üstündən bir ədəd dəyəri 43 manat, 08 qəpik olan Nemiroff Deluxe markalı arağı götürərək mağazanı tərk etdiyini gördükdən sonra mağazanın mühafizə əməkdaşları Şəxs saxlamılşar və hadisə barədə polisə məlumat vermişlər. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərar inzibati tənbeh məsələsinin həll edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığı üçün İXM-in 227-ci maddəsi tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini (İXM 33.1.7) onun məsuliyyətini ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində işin faktiki hallarına və araşdırılmış sübutlara əsasən Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, Əzizov X2 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs edilməli, inzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:35-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:35-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-525/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-525/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver