Məhkəmə qərarları › İş №3(001)-5255/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5255/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5255/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərər çəkmiş şəxs X3, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam şəhəri, Pərioğulları sahəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-93/2022 nömrəli icra sənədində X3 cavabdehlər Şəxs və Şəxs qarşı qızıl-zinət və cehiz əmlak tələbinə dair ilkin iddia tələbi tam, Şəxs X4 qarşı qızıl-zinət tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. Qeyd edilən icra sənədi əsasında xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və bildirişə əsasən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 93/2022 saylı qətnaməsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. Lakin, borclu Şəxs borcun hər ay 1000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad olmasına baxmayaraq, həmin qərardadı da tam icra etmir, icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-93/2022 nömrəli icra sənədinə əsasən zərər çəkmiş şəxs X4 verilməli olan 10572.80 manat məbləğdən müəyyən qədər ödəniş etmiş, qalan 6476 manat hissəsinin hissə-hissə ödənilməsinə dair ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır.Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə isə 100 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-93/2022 nömrəli icra sənədinə əsasən hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərər çəkmiş şəxs X4 verilməli olan 10572.80 manat məbləğdən müəyyən qədər ödəniş olunum, qalan 6476 manat hissəsinin hissə-hissə ödənilməsinə dair ərizə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. Həmin qərardadın qanuni qüvvəsini almasından 1 ay müddət keçməmiş icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, borclu tərəfindən həmin qərar qəbul olunduqdan sonra 1000 manat ödəniş edilmişdir. Yəni, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli şəkildə yayınmır. Qeyd edilənlərin nəzərə alınaraq, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-93/2022 nömrəli icra sənədində onun cavabdehlər Şəxs və Şəxs qarşı qızıl-zinət və cehiz əmlak tələbinə dair ilkin iddia tələbi tam, Şəxs X4 qarşı qızıl-zinət tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. O cehiz öəşyalarını götürən qarşı tərəfin xahişi əsasında onlarla razılaşmış və qalan pul məbləğinin hər ay 100 manat olmaqla ödənilməsinə dair aralarında razılıq olmuşdur. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər də iltizam verərək hər ay 1080 manat məbləğində pulu ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. Həmin prosesin keçirilməsindən də məlumatı olmamışdır. Lakin, borclu Şəxs borcun hər ay 1000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərarın qəbul edilməsinə, bundan da əvvəl aralarında razılıq əldə edilməsinə baxmayaraq, həmin qərardadı tam icra etmir, icra sənədi üzrə borcunu ödəməkdən yayınır. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)- 93/2022 nömrəli icra sənədindən görünür ki, X3 cavabdehlər Şəxs və Şəxs qarşı qızılzinət və cehiz əmlak tələbinə dair ilkin iddia tələbi tam, Şəxs X4 qarşı qızıl-zinət tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. 29 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə icra sənədi üzrə tələbin təmin edilməsi barədə borcluya xəbərdarlıq göndərilsə də, həmin xəbərdarlıqda tarix göstərilməmiş və xəbərdarlıq borcluya rəsmi şəkildə təqdim edilməmişdir E120117/2023-14-25 nömrəli icra işindən görünür ki, Şəxs adına icra işi üzrə borcun yönəldilə biləcəyi əmək müqaviləsi, pensiya, əmlak məlumatları aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkar X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021ci il tarixli, 2(001)-93/2022 nömrəli icra sənədi üzrə olan borcu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(001)-93/2022 nömrəli icra sənədinə əsasən X3 cavabdehlər Şəxs və Şəxs qarşı qızılzinət və cehiz əmlak tələbinə dair ilkin iddia tələbi tam, Şəxs X4 qarşı qızıl-zinət tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-882/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-93/2022 saylı qətnaməsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi qərara alınmışdır. Həmin qərardadın icra edilməsi barədə məktub 27 noyabr 2023-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Qərardad qəbul olunduqdan sonra borclu tərəfindən xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə isə 100 manat ödəniş edilmişdir. 29 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu ilə icra sənədi üzrə tələbin təmin edilməsi barədə borclulara xəbərdarlıq göndərilsə də, həmin xəbərdarlıqda tarix göstərilməmiş və xəbərdarlıq borcluya rəsmi şəkildə təqdim edilməmişdir. Borclu tərəfindən ödəniş edilməsinə, həmçinin, qətnamənin hissə-hissə icra edilməsinə dair qərardadın yeni qüvvəyə minməsinə baxmayaraq, borcluya heç bir xəbərdarlıq etmədən icra məmuru tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır . Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar