Məhkəmə qərarları › İş №3(001)-5256/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5256/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5256/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə, X1 barəsində qəbul edilmiş 22 iyul 2023-cü il tarixli, EQ 14584274 saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 22 iyul 2023-cü il tarixli, EQ 14584274 saylı “inzibati tənbeh vermə haqqında” qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 04 manat cərimə edilmişdir. X1 həmin qərardan şikayəti 18 iyul 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş, şikayətə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə vəsatət qoşma edilmişdir. Həmin məhkəmənin 19 iyul 2025-ci il tarixli, 3(005)-2495/2025 saylı qərardadına əsasən, iş şikayətə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, N.Ə.Əliyevin sözügedən qərardan avtomobilini texniki baxışdan keçirərkən məlumatı olmuşdur. Məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Hazırki halda iş materiallarından görünür ki, sözügedən qərar xx.xx.2023-cü il tarixdə N.Əliyevin şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bununla da, qərarın ona həmin tarixdən rəsmi qaydada təqdim olunduğu hesab edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində qəbul edilmiş 22 iyul 2023-cü il tarixli, EQ 14584274 saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində ondan apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar