Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5260/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 01 yanvar 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşa çatanadək saxlanması üçün Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Hazırda qeyd olunan icra sənədi Şəxs ödənilməmiş 2500 AZN borcu vardır. Eyni icra sənədi üzrə may ayında da inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-2121/2023 saylı qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Həmin tarixdən bu yana hər ay mütəmadi olaraq Şəxs 200 AZN aliment ödənişi etmişdir. İnzibati xəta haqqında protokol ondan ötrü tərtib edilmişdir ki, zərər çəkmiş şəxs çoxsaylı şikayətləri edir, yığılmış borcu bir dəfəyə ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir. May ayında yığılmış aliment borcundan 1000 manat ödəniş etmiş, həmçinin həmin tarixdən bu günədək aylıq 200 manat mütəmadi ödəniş etmişdir. Dekabr ayının aliment ödənişini də gətirmiş, məhkəmə iclasından sonra 300 manat ödəyəcəkdir. Bir neçə aya anasının adına götürülmüş kredit ödənilib başa çatacaqdır. Ondan sonra anasının köməyliyi ilə yığılmış borcdan daha çox məbləğdə ödəniş edərək yığılmış borcu bağlayacaqdır. Aylıq gəliri 350 manat təşkil edir. Qış ayı olmasına baxmayaraq, qısa qol köynəkdə gəzir. Özünə paltar belə almayaraq aliment ödənişi icra edir. Göstərilənlərin nəzərə alınmaqla, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq onu da bildirmişdir ki, borcun yığılmasına səbəb yaşadığı məhkumluq olmuş, həmin zaman işləyə bilməmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, Şəxs tərəfindən ona ödənilməli olan 2500 manat yığılmış borc vardır. Həmin borcun tam şəkildə ödənilməsini tələb edir. Həmin pul onun uşağının haqqıdır. Özü də mühasib olaraq çalışıb, uşağına baxır. xx.xx.2023-cü il tarixdə baş tutmuş məhkəmə iclasından sonra dövlətdən, məsuliyyətdən qorxduğu üçün hər ay 200 manat ödəniş edir, lakin yığılmış borc isə ödənilmədən qalır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 01 yanvar 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşa çatanadək saxlanması üçün Şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında qərardan” görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-715/2022 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 2121/2023 saylı qərarından görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN X3 ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2069/2022 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, məhkəmə iclasında icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həmçinin zərər çəkmiş şəxsin izahatları və tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs tərəfindən 2023-cü ilin iyun ayından etibarən mütəmadi olaraq noyabr ayıda daxil olmaqla aylıq aliment ödənişini 200 manat, yəni nəzərdə tutulmuş aliment miqdarından 25 manat artıq olmaqla icra etmişdir. Həmçinin may ayında da 1000 AZN ödəniş etmişdir. Şəxs aylıq gəlirinin 350 manat olması nəzərə alındıqda, onun hər ay aliment öhdəliyi üzrə 200 manat ödəniş etməsi sonuncu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini istisna edir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5260/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5260/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver