Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5263/2025 20.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi (vəkil) Vəkil, Qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X4 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından X16 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X16 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından şikayət verilmiş, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Vergi Xidmətinə qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti göstərir, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Qədirxum” restoranını işlədir. X15 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları 2025-ci ilin may ayında həmin restorana gəlmişlər. O, həmin vaxt Azərbaycanda olmadığı üçün, xx.xx.2024-cü il tarixli etibarnamə üzrə nümayəndəsi X18 həmin vaxt restoranda olmuş, gələn əməkdaşları qarşılamışdır. Xidmətin əməkdaşları güyə onun qanunsuz işçi işlətməyi ilə bağlı yoxlama aparmış, protokol tərtib edəcəklərini bildirmişlər. Lakin, yoxlamanın nəticəsi barədə ona heç bir sənəd təqidm edilməmişdir. Onun müraciəti əsasında 07 iyul 2025-ci il tarixdə poçt vasitəsilə Xidmət tərəfindən tərtib olunmuş 21 may 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol və 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ona təqdim olunmuşdur. Qərarda göstərilmişdir ki, X5 xx.xx.2025-ci il tarixində, X7 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Qədirxum” kafesində vəzifəli şəxs X16 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb edilmişlər. X2 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, Xidmət tərtib olunan protokolun surətini ona rəsmi qaydada təqdim etməli, icraatda iştirakını təmin etməli, sübutlar təqdim etməyinə və hüquqlarını müdafiə etməyinə şərait yaratmalı idi. Qərarda qeyd olunanlarla bağlı bildirir ki, fiziki şəxs kimi fəaliyyət göstərən X17 ilə X16 arasında xx.xx.2025-ci il tarixli “Qarşılıqlı xidmətlərin göstərilməsi haqqında” 01 nömrəli müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən, sifarişçinin müəyyən etdiyi qaydada müştərilərə qulluq etməsi xidmətlərini göstərməyini öhdəsinə götürmüşdür. Göstərilən xidmətlərin həcmi müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokoluna əsasən müəyyən edilir. Yəni, X17 əmək müqaviləsi üzrə şikayətçinin işçisi deyildir və o, şikayətçiyə xidmət müqaviləsi üzrə müvəqqəti xidmət göstərir, bütün sosial və vergi ödənişlərini özü ödəyir. X18 da xx.xx.2024-cü il tarixli etibarnamə üzrə şikayətçinin nümayəndəsi olmuş, Azərbaycan Respublikasında olmadığı müddətdə onu dövlət orqanlarında, idarə və təşkilatlarda təmsil etməyi, sənədlər təqdim etməyi, arayışları almağı etibar etmişdir. Xidmətin əməkdaşları restorana gələrkən Təbriz Əliyev onun əvəzindən əməkdaşları qarşılamış, onlara restoranda işləmədiyini, X1 gələcək nümayəndələri qarşılamaq üçün restorana müvəqqəti gəldiyini bildirmişdir. Lakin müfəttişlər adıçəkilən şəxslərin izahatlarını almadan və onların hansı statusda olmalarını yoxlamadan şəxsiyyət vəsiqələrinə baxaraq, çıxıb getmişlər. Məhkəmə iclasında X19 şikayətdə göstərilənlərə uyğun izahat verib, şikayəti müdafiə etdiyini bildirərək, təmin olunmasını, inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X12 şikayətin təmin olunmamasını xahiş edərək, izahatında göstərdi ki, həmin restoranda yoxlamanın aparılmasına səbəb istehsalatda baş verən bədbəxt hadisənin araşdırılması olmuş, aparılan yoxlama zamanı X18 özünü adminstrator kimi təqdim edərək, akta imza etmiş, X17 isə faktiki olaraq ofisiant xidməti göstərmişdir. Bundan başqa, inzibati icraatla bağlı X6 ünvanına poçt vasitəsilə bildiriş göndərilmiş, poçt reyestrindən çıxarışla həmin bildirişin 19 may 2025-ci il tarixdə qəbul olunduğu öz təsdiqini tapmış, yəni məlumatlandırma həyata keçirilmişdir. Lakin, vəzifəli şəxs icraatda iştirak etmədiyindən, onun iştirakı olmadan protokola baxılaraq qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “İstehsalatda baş verən bədbəxt hadisə yerinə baxış aparılması haqqında” 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 16:30-da baş əmək müfəttişi X8 tərəfindən “Qədirxum” kafesinə baxış keçirilmiş, baxış zamanı videokameradan istifadə olunmuş, X5 müqavilə əsasında ofisiant işlədiyi müəyyən edilmiş, həmçinin, X18 həmin akta “adminstrator” kimi imza etmişdir. - Poçt reyestri məlumatlarından görünür ki, başlanmış inzibati icraatla bağlı 13 may 2025-ci il tarixdə X9 bildiriş göndərilmiş, 19 may 2025-ci il tarixdə sonuncuya çatdırılmışdır. - 21 may 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokolda göstərilmişdir ki, X17 xx.xx.2025-ci il tarixdə və X18 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Qədirxum kafesində vəzifəli şəxs X16 tərəfindən əməl müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsi ilə bağlı cəlb edilmişlər. X2 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar əsasən, yuxarıda göstərilən protokolda qeyd olunan əsaslarla X16 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. - “Qədirxum Restoranı” Binəqədi ilə (fiziki şəxs X6 şəxsində) fiziki şəxs X17 arasında bağlanmış 26 fevral 2025-ci il tarixli, 01 nömrəli “Qarşılıqlı xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, X16 müştərilərə qulluq etməsi xidmətlərinin göstərilməsini sifariş verib X10 razılaşdırılmış xidmət haqqı ödəməyi, Elvin Vahidov isə Rəhim Abasovun müəyyən etdiyi qaydada həmin xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. - 19 dekabr 2024-cü il tarixli etibarnamədən görünür ki, X16 onu dövlət orqanları, idarə, təşkilatları və müəssisələrində, AR AQTA-də təmsil etmək, ona məxsus istənilən arayışları, sənədləri və çıxarışları təqdim edib, təhvil almaq, sənədləri aldığına diar imza etmək, əriəzlər vermək və s. bu kimi digər hüquqlarını X13 etibar etmiş, etibarnamənin 31 may 2025-ci il tarixdək qüvvədə olması nəzərdə tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 2-ci madəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. - 43-cü maddəsinin tələblərinə əsasən, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə müvafiq səlahiyyətli orqan tərəfindən baxılır. - 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmənin mövqeyi: Məhkəmə şikayəti öyrənərək, işdə iştirak edən şəxslərin şikayətə münasibətlərini dinləyərək, sübutları tədqiq edərək, hesab edir ki, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarında göstərilmişdir ki, əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. İşin faktiki hallarından görünür ki, X16 vəzifəli şəxsi olduğu Binəqədi qəsəbəsində yerləşən “Qədirxum” restoranı ictimai iaşə sahəsində fəaliyyət göstərən təsərrüfat obyekti olmaqla, əsas fəaliyyət istiqaməti müştərilərə geniş çeşiddə, mürəkkəb istehsal texnologiyalı, yüksək keyfiyyətli mətbəx və qənnadı məmulatlarının, içkilərin təqdim edilməsi xidmətlərinin göstərilməsidir. Şikayətçi ilə X17 arasında bağlanılmış “Qarşılıqlı xidmətlərin göstərilməsi haqqında Müqavilə”dən görünür ki, E.Vahidov öz üzərinə “müştərilərə qulluq etməsi” xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən, X18 Xidmət tərəfindən yoxlama aparılarkən özünü restoranın administratoru kimi təqdim etmiş, müfəttişlər tərəfindən tərtib edilmiş protokola administrator olaraq imza etmişdir. Sözügedən xidmətlər ictimai iaşə müəssisəsi olan restoranın əsas fəaliyyət sahəsinə aid olduğundan, mütəmadi, sistematik və davamlı xarakter daşıdığından, məhkəmə o qənaətə gəlir ki, şikayətçi X16 ilə X17 və X18 arasında mövcud olan münasibətlər faktiki olaraq əmək məzmunlu olmuşdur. X7 X11 etibarnamə əsasında təmsil etməsi ilə bağlı şikayətdə qeyd olunanlara münasibətdə məhkəmə bildirir ki, bu hal özü-özlüyündə tərəflər arasında əmək münasibətlərinin olmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılır və şəxsin hər hansı şəxsə, o cümlədən əmək münasibətlərində olduğu şəxsə onu təmsil etməsi üçün etibarnamə verməsi qanunvericiliklə istisna edilməmişdir. Sadalananlara əasən məhkəmə hesab edir ki, inzibati qurum tərəfindən qərar əsaslı olaraq qəbul edilmişdir, buna görə də, şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X16 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5263/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5263/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver