Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5266/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, inzibati cərimə edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edib, əlavə olaraq əməlində inzibati xəta tərkibi olmadığını, yol ayrıcını keçməyə çalışarkən sağ və sol tərəfdən gələn nəqliyyat vasitələrinin keçidinə mane olmadığını, yol ayrıcını keçmə qaydalarını pozmadığını qeyd edib, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır. X1 yol ayrıcını keçərkən idarə etdiyi nəqliyyat vasitəsinin sağ tərəfindən həəkətdə olan və sola dönmə nişanı yandıran bir neçə avtomobilin hərəkətlərini dayandırmalarına icazə verməyərək əss yola çıxamış və yolayrıcı qaydalarını pozmuşdur. Ona görə də, verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materillarından və məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Şövkət Məmmədova, Cəfər Xəndan ərazisində “Ford Transit” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan həmin hal Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi trəfindən məhkəmə təqdim edilmiş inzibati xəta hadisəsinin videogörüntüsü köçürülmüş disk ilə öz təsdiqini tapmışdır. Həmin diskə məhkəmə iclasında baxış keçirilərkən X3 idarə etdiyi “Ford Transit” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əsas yoldan sola dönüş üçün gözləyən ondan sağ tərəfdə dayanmış nəqliyyat vasitələrinin hərəkətinə mane olaraq hərəkət üstünlüyünə əhəmiyyət vermədən yolayrıcını keçərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozması halı müəyyən edilmişdir. Bununla da qeyd edilməlidir ki, sözügedən inzibati xəta haqqında araşdırma polis əməkdaşı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və X3 əməlində inzibati xəta əlaməti aşkar edildiyindən barəsində haqlı olaraq qeyd olunan maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, X5 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-5266/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5266/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver