Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5268/2025 19.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, şikayət vermiş şəxs X10 vəkili Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Şikayət vermiş şəxs «Dəvəli” ASC-nin sədri X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X18 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin 26 fevral 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin şikayət verilən qərarı aşağıdakılarla “əsaslandırmışdır”: DƏMX Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixli, 3.17-5/2-48454/2025 saylı məkubu ilə "xxxx" ASC-yə bildirmişdir ki, "xxxx" ASC-nin işə götürəni barəsində AR İXM-nin 539.2ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq qəbul edilmiş xx.xx.2025-ci il tarixli , MN ******* nömrəli qərarı qüvvəyə minmişdir. Razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır.” Aşağıda qeyd edilənlərlə DƏMX Bakı şəhər İdarəsinin ******* nömrəli 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında qərarının tamamilə əsassız və qanunsuz olması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi sübuta yetirilir və bu səbəbdən həmin qərar ləğv edilməlidir. Belə ki, "xxxx" ASC müqavilə əsasında X22 Kompleksi İdarəsi (bundan sonra – Bayraq Meydanı) ərazisində təmir işləri apararkən xx.xx.2024-cü il tarixdə küləkli hava şəraiti nəzərə alınaraq, Bayraq Meydanında iş prosesinin dayandırılması və işçilərin evə buraxılması qərara alınmışdır. Bu zaman sabiq işçimiz (2 ay müddətində müqaviləsi başa çatdığı üçün işdən azad olunub) X7 paltardəyişmə yerində özünün səhlənkarlığı nəticəsində ayağına dəmir parçası düşmüş, bu zaman “Təcili yardım” maşını ilə o, xəstəxanaya çatdırılmışdır. Tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Səhərisi günü isə işə gəlmiş və işini davam etdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması” Qaydalarının 2.6-ci bəndinin 3-cü abzasın müvafiq olaraq “işçinin əmək 2 qabliyyətinin bir gündən artıq müddətə itirilməsinə və tibbi rəy əsasında gündən artiq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmləşdirilir və istehsalda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır”. Göründüyü kimi, Qaydaların 2.6-ci bəndində nəzərdə tutulan tələbə istinadən İlqar Hüseynov baş vermiş hadisə ilə bağlı əmək qabliyyətini itirməmiş, səhərisi günü işini davam etdirmişdir. Buna görə də, başqa işə keçirilməsi barədə tibbi rəyə lüzum qalmamışdır. Bu səbəbdən də İZ( İstehsalat Zədəsi) aktı tərtib edilməmişdir. Bu məsələ ilə əlaqədar DƏMX Bakı şəhər İdarəsi əmək müfəttişiyinə 78 saylı, 18 oktyabr 2024-cü il tarixli və 29 oktyabr 2024-cü il tarixli, 79 saylı məktublarla məlumat vermişlər və xahiş etmişlər ki, qeyd olunanları nəzərə alaraq, işin araşdırılması prosesinə xitam verilsin. Bunula əlaqədar DƏMX Bakı şəhər İdarəsinin əmək müfəttişi Bərşad Mehdizadəyə xx.xx.2024-cü il tarixdə 79 saylı məktubla 5 nüsxə olmaqla, 27 səhifəlik müvafiq sənədlər təqdim edilmişdir. Ona həmin məktubla bildirilmişdir ki, Bayraq Meydanında təmir-bərpa işləri başa çatdırılmışdır. Yüksək rütbəli şəxs tərəfindən oraya baxış keçiriləcəkdir. Bu səbədən həmin əraziyə buraxılış məhdudlaşdırılıb. Məlumatı nəzərə almağı xahiş etmişlər.” xx.xx.2025-ci il tarixli, 18 saylı məktubuları ilə DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi Sadiq Əliyevə ətraflı məlumat verərək bildirmişlər ki, "xxxx" ASC İXM-nin 539.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir və İXM-nin 105-ci (İnzibati xəta haqqında işin içraatına xitm verilməsi) və 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) maddələrini nəzərə alıb, DƏMX-nin Bakı şəhər İdarəsinin 19 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edəsiniz”. Lakin, DƏMX bizim müraciətimizə baxmayaraq, İXM-nin 539.2-ci mddəsinə istinad edərək, 26 fevral 2025-ciu il tarixdə “ İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN №0024043 saylı Qərar qəbul etmişdir.Qərara əsasən vəzifəli şəxs, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X12 3500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün vaxt müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma ardan qaldırılarsa, inzibti cərimə ödənilmir.” xx.xx.2025-ci il tarixli, 23 saylı məktubla DƏMX Bakı şəhər İdarəsinə bildirilmişdir ki, “27 fevral 2025-ci il tarixli,3-17-5/2-18200/2025 saylı məktubunuzla əlaqədar və MN ******* nömrəli, 26 fevral 2025-ci il tarixli “İnzibti cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarına əsasən hadisə yerinə baxış keçirilməsi üçün şərait yaradılacaqdır. Həmin baxışda iştirak etmək üçün vəzifəli şəxsin təyin edilməsi barədə aidiyyəti üzrə göstəriş verməyi sizdən xahiş edirik.” Bundan əlavə, 25 saylı, 18 mart 2025-ci il tarixli məktubları ilə DƏMX-nin Bakı şəhər İdarəsinə bildirmişlər ki, “DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı İXM-nin 114cü və 116-cı maddələrini rəhbər tutaraq qəbul edilmişdir. İXM-nin 116.2-ci maddəsinə və adıçəkilən Qərarın son abzasında qeyd edildiyi kimi, “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün müddət nəzərdə tutulur.” Qəbul edilmiş həmin qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. İXM-nin 539.2-ci maddəsinə əsasən “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerinə buraxılmamasın görə inzibati cərimə müəyyən edilir.” "xxxx" ASC hadisə baş verən zaman nə sifarişçi, nə podratçı yox, subpodratçı olub. Yəni, iş yeri X22 Kompleksi İdarəsinin olub. Oraya kənar şəxslərin, o 3 cümlədən də "xxxx" ASC-nin işçilərinin də, o əraziyə buraxılması onların səlahiyyətində olub. Bu barədə xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubunuzla DƏMX Bakı şəhər İdarəsinə məlumat vermişlər və səbəbini də göstərmişlər. Lakin, bu məlumatları nəzərə alınmamış, adı çəkilən qərar qəbul edilmişdir. İXM-nin 539.2-ci maddəsinin dispozisiyasında göstərilən hala görə qəbul edilmiş qərarın şərti olaraq qəbul edilməsi o deməkdir ki, "xxxx" ASC-nin vəzifəli şəxsi, DƏMX- nin təyin etdiyi nümayəndəni (vəzifəli şəxsi) inzibati xətanın törədildiyi iş yerinə baxış keçirilməsini təşkil etməli, onu nəqliyyat vasitəsi ilə təmin etməlidir. Deməli, "xxxx" ASC bunu etsə, inzibati məsuliyyətdən azad olur, yəni cəriməni ödəmir. Məhz, buna görə də 23 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə hadisə yerinə baxış keçirilməsi üçün nümayəndə təyin etməyi DƏMX Bakı şəhər İdarəsindən xahiş etmişdir. Həmin məktubda DƏMX Bakı şəhər İdarəsinə bildirmişdilər ki, ”Sizin qərarda 20 gün vaxt müəyyən olunmuşdur. Vaxt gedir. Ama siz tərəfdən hadisə yerinə baxış keçirmək üçün nümayəndə təyin olunmamışdır. Ona görə də, biz məsuliyyət daşımırıq. İXM-nin 116.3-cü maddəsində “hüquqpozmanın aradan qaldırılması “ o deməkdir ki, sizin nümayəndə hadisə yerinə baxış keçirməli, onun hadisə yerinə aparılmasını isə biz ("xxxx" ASC) təşkil etməlidir” Dəfələrlə məktubla və telefonla edilən müraciətimiz cavabsız qalmış, nümayəndəniz təyin olmamışdı. Belə olan halda, məsuliyyyət bizim yox, sizin üzərinizə düşür. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, inzibati xətanın baş verdiyi yerə baxış keçirilməsində iştirak edəcək şəxsin təyin olunmasını bir daha sizdə xahiş edirik”. Nəhayət, AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi hüquq idarəsinin rəisi İslam Həsənzadəyə ünvanladığımız 21 may 2025-ci il tarixli, 41 saylı məktubda qeyd etmişik ki, “xx.xx.2025-ci il tarixli, 26 saylı məktubumuzla AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinə müraciət edərk, İnzibati xətanın baş verdiyi yerdə hüquqpozuntusunun aradan qaldırılması üçün lazimi tədbirlərin həyata keçirildiyini nəzərə alaraq, MN ******* saylı, 26 fevral 2025-ci il tarxli inzibati cərimənin şərti olaraq təbiq edilməsi haqqında Qərarın ləğv edilməsi xahiş olunmuşdu. Lakin 14 may 2025ci il tarixli məktubunuzdan da görünür ki, bu məlumatımız nəzərə alınmayıb.”Həmin məktubda qeyd olunmuşdur ki, “Yuxarıda qeyd etdiklərimizi və müəyyən edilmiş hüquqpozma aradan qaldırıldığı üçün şərti olaraq təyin edilmiş cərimənin ödənilməməsi barədə qərar qəbul etməyi xahiş edirik.” Beləliklə, bütün müraciətlərimizə baxmayaraq, DƏMX Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixli , 3.17-5/2-48454/2025 saylı məkubu ilə bildirmişdir ki, "xxxx" ASC-nin işə götürəni barəsində AR İXM-nin 539.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı qüvvəyə minmişdir. Razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır.” Hüquqdan orta səviyyəli anlayışı olan şəxs belə qərar qəbul edə bilməz. Belə ki, DƏMX Bakı şəhəır İdarəsi 26 fevral 2025-ci il tarixdə qəbul etdiyi Qərarı” Dəvəli” ASC-yə xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə göndərib.”Dəvəli” ASC isə xx.xx.2025-ci il tarixdə cavab məktubu göndərərək, həmin Qərar üzrə 20 günlük müddətə əməl etmişdir. DƏMX Bakı şəhər İdarəsinin bütü məktublarında da qərəzçilik, "xxxx"ASC-nin vəzifəli şəxsini cərimələmək qəsdinə girib və nəticədə ədalətsiz qərar qəbul etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta təkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, əməlin (hərəkət və hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır. Yəni,həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı 4 (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. X10 əməlində inzibati xəta tərkibinin qeyd olunan əlamətləri mövcud deyildir. X14 münaibətdə isə belə bir tərkib yoxdur. Təqdim edilən məktublar bir daha sübut edir ki, Vahab Dəvəlinin hər hansı bir təqsiri (qəsdən və ya ehtiyatsizlıqdan törədilən hərəkət və ya hərəkətsizlik) yoxdur. Onun bütün müraciətlərinə baxmayaraq, DƏMX Bakı şəhər İdarəsi hadisə yerinə baxışda iştirak etmək üçün nümayəndə təyin etməmişdir. Lakin DƏMX Bakı şəhər İdarəsi qərar qəbul edərkən qanunun bu tələbini pozmuş, təqsirsiuzlik prezumpsiyası prinsipinə əməl etməmiş, nəticədə "xxxx" ASC İdarə Heyətinin sədri X15 İXM-nin 539.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək 3500 manat cərimə etmişdir. X1 idarəetmə fəaliyyətinə görə “Qızıl Buta” mükafatına, Naxçıvan MR-da ”Qızıl medala”, Azərbaycan Respublikasını Prezidentinin “ Fəxri Diplomu” ilə təltif olunub.Onun rəhbərlik etdiyi təşkilat yüksək vergi ödəyicisidir və onda çoxsaylı işçi qüvvəsi çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin 26 fevral 2025-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur.” Məhkəmə iclasında X10 vəkili Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili X16 bildirmişdir ki, X2 Xətalar Məcəlləsinin 539.2-ci maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. İlkin olaraq inzibati cərimə şərti olaraq qəbul edilmişdir. Cəzanın tətbiq edilməsinin səbəbi "xxxx" ASC müqavilə əsasında X22 Kompleksi ərazisində təmir işləri aparırdı. xx.xx.2024-cü il tarixdə küləkli hava şəraiti nəzərə alınaraq, Bayraq Meydanında iş prosesi dayandırılmış və işçilərin evə buraxılması qərara alınmışdır. Bu zaman sabiq işçiləri X8 paltardəyişmə yerində özünün səhlənkarlığı nəticəsində ayağına dəmir parçası düşmüş, bu zaman “Təcili yardım” maşını ilə o, xəstəxanaya çatdırılmışdır. Tibbi yardım göstərildikdən sonra sonra evə buraxılmışdır. Səhəri gün isə işə gəlmiş və işini davam etdirmişdir. X17 hadisə ilə bağlı X18 barəsində inzibati qaydada protokol tərtib etmişdir. Həmin müddət ərzində 20 gün müddət başa çatmamış xəta pozuntusu aradan qaldırılmış və bu barədə inzibati orqana məlumat verilmişdir. Hələ 25 fevral 2025-ci il tarixdə məktub ünvanlanmışdır ki, inzibati xəta pozuntusu baş verməmiş, sadəcə olaraq işçinin səhlənkarlığı nəticəsində hadisə baş vermişdir. Həmin vaxt verilmiş 20 gün müddət ərzində məlumat verilib ki, nümayəndə təyin edilsin və hadisə yerinə baxış keçirilsin. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şərti qərar hələ təqdim edilməmiş 25 fevral 2025-ci il tarixdə məktub ünvanlanmış, daha sonra 05 mart 2025-ci il tarixdə məktub göndərilmişdir. 20 gün müddət başa çatmamış məlumatlandırmış nümayəndə təyin edilməsi barədə məlumat vermişlər, lakin, heç bir nümayəndə təyin olunmamışdır. Əlavə olaraq bildirmişdir ki, onlarla heç kim əlaqə saxlamamış, bunun əksi olaraq onlar 9 dəfə rəsmi məktub göndərmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 bildirmişdir ki, qərar qəbul olunduqdan dərhal sonra cəmiyyətin ünvanına göndərilmişdir, amma qarşı tərəfin nə vaxt almasını təsdiq edən sənədləri yoxdur. “L.Abdullayeva” qeyd edilmiş şəxs X9 müffətişidir. Həmin müfəttişin qeyd etdiyi cavab məktubunda vəzifəli şəxs ayrılması qeyd edilməyinə baxmayaraq müffətişin ayrılmamağı barədə heç nə deyə bilmir. Lakin “Bayraq meydanı”nda iş bitdikdən sonra ora giriş qadağan olunurdursa, bu halda cəmiyyət tərəfindən həmin əraziyə giriş necə təmin ediləcəkdi* Bu məsələ ilə bağlı cəmiyyətlə əlaqə saxlamışdırlar. Onlar rəsmi şəkildə həmin əraziyə getməmişlər, həmçinin əməkdaşın buraxılmaması barədə də akt tərtib etməmişlər. Lakin əlaqə saxlanıldığı zaman şifahi formada onlara iş bitdiyi üçün girişin mümkün olmadığı bildirilmiş, onlar da bununla bağlı heç bir tədbir görməmişlər və həmin yerə getməmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-nin işçisi X4 xx.xx.2024-cü il tarixində xəsarət alması ilə əlaqədar DƏMX tərəfindən yaradılmış təhqiqat komissiyasının hadisə yerinə baxış keçirilməsinə şərait yaradılmamışdır. X3 İXM-nin 539.2-ci maddəsi ilə təqsirli bilinmiş və 3500 manat inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuş, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməməsi, əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi qərara alınmışdır. SS924547246AZ nömrəli qəbzdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin məktubu "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müvafiq sənədləri tərtib etməklə Vahab Dəvəli işin araşdırılması prosesinə xitam verilməsini xahiş etmişdir. SS915161499AZ nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Vahab Dəvəli tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-1130/2024 saylı məktubla əlaqədar Bakı şəhər İdarəsinə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə əməkdaş imza etməklə sənədləri qəbul etmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Vahab Dəvəli tərəfindən əraziyə buraxılışın məhdudlaşdırılması barədə məlumat verilmiş və xx.xx.2024-cü il tarixdə əməkdaş imza etməklə məktubu qəbul etmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli müvafiq olaraq 78 və 79 saylı məktubları ilə məlumat verməklərini və müvafiq sənədləri təqdim etdiyini bildirmiş və araşdırılma prosesinə xitam verilməsini xahiş etmişdir. SS915146995AZ nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Vahab Dəvəli hüquqpozmanın aradan qaldırılması üçün lazımı tədbirlər görüldüyünü qeyd etməklə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. SS925105620AZ nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə xx.xx.2025-ci il tarixdə məktub göndərilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Dəvəli Vahab protokol üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məktub xx.xx.2025-ci il tarixdə əməkdaş tərəfindən qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Vahab Dəvəli əraziyə baxış keçirilməsi üçün şərait yaradılacağını bildirmişdir. Məktub xx.xx.2025-ci il tarixdə əməkdaş tərəfindən qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Vahab Dəvəli nümayəndənin təyin edilməsini xahiş etmiş və məktub xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, şikayətçinin, səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilərək xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 539.2-ci maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmamasına görə inzibati xəta tərkibi müəyyən edilmişdir. Hazırki iş üzrə isə X10 əməlində qeyd olunan inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu istisna olunmaqdadır. Belə ki, X10 barəsində qərar ondan ötrü qəbul edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixində xəsarət alması ilə əlaqədar DƏMX tərəfindən yaradılmış təhqiqat komissiyasının hadisə yerinə baxış keçirilməsinə şərait yaradılmamamışdır. Halbuki, iş materiallarında bunu təsdiq edən hər hansı bir sübut yoxdur. Belə ki, məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi də ümumiyyətlə hadisə yerinə heç kimin getməməsini, ərazidə girişin məhdudlaşdırılması barədə məktuba görə sözügedən qərarın qəbul edildiyini bildirmişdir. Halbuki, baxış keçirilməsi üçün hadisə yerinə getməmiş şəxslərin iş yerlərinə buraxılmamasına görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi tamamilə absurddur. Digər bir məsələ isə ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixdə şərti olaraq qərar qəbul edilərkən pozuntuların aradan qaldırılması üçün 20 gün müddətin müəyyən edilmişdir. Həmin müəyyən edilmiş müddətin son günü xx.xx.2025-ci il tarixə təsadüf edir. xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi üçün şərait yaradılacağı bildirildiyi, bundan başqa xx.xx.2025-ci il tarixdə isə vəzifəli şəxsin təyin olunması xahiş edildiyi halda səlahiyyətli orqan Vahab Dəvəlinin qeyd olunan müraciətlərinə dərhal qəbul etdiyi halda hərəkətsizlik göstərmişdir. Belə olan halda, Vahab Dəvəlinin üzərinə düşən vəzifələri yerinə yetirdiyi, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda müəyyən edilmiş 20 gün müddət ərzində törədilmiş hüquqpozmanı aradan qaldırmış, Vahab Dəvəlinin əksinə səlahiyyətli orqan vəzifələrini yerinə yetirməmiş, hadisə yerinə baxış keçirilməmişdir. Göründüyü kimi, hazırki halda X10 inzibati tənbeh edilməsi yolverilməzdir. Belə ki, ilk növbədə X18 tərəfindən İXM-nin 539.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əraziyə girişin məhdudlaşdırılması barədə məktub göndərilməsi isə “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə buraxılmaması” kimi qiymətləndirilə bilməz. Həmin maddə müvafiq vəzifəli şəxslərin iş yerinə daxil olmasına müəyyən maneələr yaratmaqda ifadə olunur, iş yerinə ümumiyyətlə gəlməyən vəzifəli şəxsin iş yerinə buraxılmaması isə mümkünsüzdür. Bundan başqa X10 inzibati xətanı törətməsi şərti olaraq qəbul edildiyi halda belə, sonuncu tənbeh edilə bilməz. Çünki qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin tarixdən sonrakı 20 gün ərzində Vahab Dəvəli iki dəfə səlahiyyətli orqana vəzifəli şəxs tərəfindən baxış keçirilməsi barədə müraciət etmişdir. MN ******* nömrəli qərarda da müəyyən edilmiş müddətdə hüquqpozmanın aradan qaldırıldığı halda inzibati cərimənin ödənilmədiyi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X18 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və X10 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5268/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5268/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver