Məhkəmə qərarları › İş №3(001)-5269/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5269/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5269/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon icra Şöbəsinin böyük icra məmuru X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Xocalı rayon Məhkəməsinin 2(070)-306/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra məmurunun əmək haqqından tutulma aparılması tələbi Şəxs tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona dair sənədlər icra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-39066-30 saylı məktubdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən göndərilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cü maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6cı maddəsini rəhbər tutaraq, Qərara aldım : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2023cü il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar