Məhkəmə qərarları › İş №3(001)-5272/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5272/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5272/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Xındırıstan ə/d, Dadaşlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Biləcəri qəsəbəsi, 1 May massivi, fərdi evdə vətəndaş Zərərçəkmiş şəxs döymüşdür. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs faizə pul götürmüşdür. İndi də işi yoxdur deyə qaytara bilmir. Onu gözləməsini, ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs və yanında gələn bir nəfər qadının onu döydüyünü bildirmişdir. Heç yerdə işləmədiyini, anasının da Zərərçəkmiş şəxs borc pul aldığını söyləmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs məhəkəməyə ərizəylə müraciət edərək,vəkildən imtina etdiyini hüquqlarının müdafiəsini özü tərəfindən həyata keçirilcəyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, inzibati xəta törədən şəxs Şəxs anası təmizlikçi işləyir. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkumluğu olmuşdur. O, məhəlləsində yerləşən mağazadan oğurluq etmişdir. O, protokollarda göstərilən əməli törətmişdir. Belə ki, zərərçəkmiş şəxsdən 6000 manat borc götürmüş, lakin indiyə qədər qaytarmamışdır. Bu azmış kimi zərərçəkmiş şəxsi təhqir edərək, xəsarət yetirmişdir. Tələbkar şikayətçidir. Barəsində hazırkı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun 6000 manat məbləğində pulunu borc olaraq almış və hələ də qaytarmamışdır. Onların kasıb ailə olduqlarını söyləmişdir. Əvvəllər onların ərazisində yaşadıqlarını, pulu borc aldıqdan bir müddət sonra köçdüklərini, zəng vurduğu zaman zənglərinə cavab vermədiklərini, Şəxs anasına 30000 manat verdiyini, Şəxs da 6000 manat verdiyini hələ də qaytarmadıqlarını bildirmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə pulunu istəməyə Şəxs yaşadığı evə getmişdir. Bu zaman Şəxs onu döymüşdür. Onunla birgə Səmayə adlı tanışı da getmişdir. Onu da vurmuşdurlar. Məhkəmədən Şəxs inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, zərərçəkmiş şəxs dayısının yoldaşıdır. Dayısının yoldaşından həm Şəxs həm də anası pul almış və bu günə qədər qaytarmamışdırlar. Sonra onlar köçmüşdürlər. Arada zəng edəndə cavab verməmişdir. Telefonla danışan zaman onları aldatmışdır ki, evdə yoxdur Şamaxinkadadır. Haradasa bu ayın 24-25 olardı ki, Səlminaz xanımla onların yaşadıqları ünvana pulu istəməyə getmişdirlər. Görmüşdürlər ki, onlar evdədir. Niyə qaytarmısınız pulu dedikdə, o, isə düz etmişəm almışam, yemişəm qaytara bilmirəm söyləmiş və onu vurmuşdur. Ayağının göyü keçməyib hələ də deyə bildirmişdir. Şəxs 65 yaşında qadını döydüyünü və ağır formada cəzalanmalı olduğunu qeyd etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 157-ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Şəxs tərəfindən döyülmüş və nəticədə dərəcələri təyin edilməyən bədən xəsarəti almışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan protokoldan görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, MN ******* saylı nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 18 sentyabr 2024-cü il tarixli, AZA 019101 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmədə, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə və proses iştirakçılarının izahatları ilə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 10:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar