Məhkəmə qərarları › İş №3(001)-5274/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5274/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5274/2024 19.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Ağdam rayonun, Üçoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdam rayonu, Üçoğlan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, ünvan 1 ünvanında faktiki olaraq yaşayan Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsoğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə yaşayan Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 19 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Бакы шящяр Xətai Rayon Məhkəməsinin 2(011)-132/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ilkin iddia üzrə cavabdeh Şəxs göstərilmiş tibbi xidmətə görə 9 621.90 (doqquz min altı yüz iyirmi bir manat doxsan qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumuнун tutularaq ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının hesabına ödənilməsi qət edilmişdir.Borcluya borcun ödənilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, borclu icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X7 borclunun hazırda xeyli borcu olduğunu, borcunu qərəzli olaraq ödəmədiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, borcu ödəməkdən qərəzli şəkildə yayınmamış, atasının xəstəliyi müəyyən vəsait tələb etdiyindən maddi imkanı ilə əlaqədar olaraq hal-hazırda borcu ödəmək imkanı yoxdur. Buna görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin atasının yataq xəstəsi olmasını, tələbkarın hal-hazırda borcunu tələb etmədiyini, eyni zamanda tələbkarla barışıq əldə olunacağını nəzərə alaraq yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Мяммядова Айэцн Нясряддин qızının İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədindəki tələb üzrsüz səbəbdən узун мцддят icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) yaşayan Şəxs şəxsiyyətini, məhkəmə qərarınıн узун мцддят icra olunmadığını nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Eyni zamanda, məhkəmə borclu Şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini, гадын олмасыны вя иъра сянядини щисся-щисся иъра едяъяйини nəzərə alaraq hesab edir ki, o, inzibati qaydada минимум щяддя cərimə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat cərimə cəzası təyin olunsun. 3(001)-5274/2024 saylı inzibati işi üzrə müdafiəçi X6 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod200156,VÖEN**********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T..İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖE N**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar