Məhkəmə qərarları › İş №3(001)-5276/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5276/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5276/2024 19.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) İdrisli Jalə Qalib qızının katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan , Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Aşıq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-10927/15 saylı icra vərəqəsinə əsasən cavabdehlər X6, X7 və Şəxs müştərək qaydada 12133,92 ABŞ dolları əsas kredit borcu, 1227,49 ABŞ dolları faiz borcu, 226 ABŞ dolları cərimə borcu, cəmi 13587 ABŞ dolları borcu və 28 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək üçün xx.xx.2016-cı il tarixli qərarla borc tələbi X4 əməkhaqqına yönəldilmişdir. Borcluların yaşayış yerini müəyyən etmək mümkün olmadığından borclular barəsində axtarış elan olunması barədə qərar qəbul olunmuşdur. İcra sənədinin ircasını borclu Şəxs üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, o, sözügedən kredit müqaviləsi üzrə zamin olmuşdur. İcra sənədi üzrə yığılan borcla bağlı gec məlumatı olduğunu və bugün 300 manat məbləğində ödəniş etdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin edəcəyinə dair öhdəlik götürdüyünü nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-10927/15 saylı icra vərəqəsinə əsasən cavabdehlər X6, X7 və Şəxs müştərək qaydada 12133,92 ABŞ dolları əsas kredit borcu, 1227,49 ABŞ dolları faiz borcu, 226 ABŞ dolları cərimə borcu, cəmi 13587 ABŞ dolları borcu və 28 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda zamin tərəfindən icra sənədi üzrə 300 manat məbləğində ödəniş edilmişdir. Göstərilənlərin nəzərə alınmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan daha yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-10927/15 saylı icra vərəqəsinə əsasən cavabdehlər X6, X7 və Şəxs müştərək qaydada 12133,92 ABŞ dolları əsas kredit borcu, 1227,49 ABŞ dolları faiz borcu, 226 ABŞ dolları cərimə borcu, cəmi 13587 ABŞ dolları borcu və 28 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirşdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, icra sənədi üzrə tələbin icrası X4 əməkhaqqının 50 faizinə yönəldilmişdir. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, borclular X6, X7 və Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-3736/2024 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, borclu X3 ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu X6 barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. “Azemis” elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X1 Zaur Abdulla oğlunun övladlarıdır. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-10927/15 saylı icra vərəqəsini heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Bu səbəblə də, məhkəmə Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı uşağının olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar