Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-53/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X11 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 192.4-ci maddəsi ilə 10.08.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qərar qəbul etmişdir.Həmin qərara əsasən o, inzibati qaydada 1 200 manat cərimə olunmuşdur.Onun cərimə olunması barədə ünvanına bildiriş daxil olmamış, lakin sonradan ərizə vasitəsilə həmin qərarın surətini 17.12.2021-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir.Qəti şəkildə bildirir ki, tərtib edilmiş protokolla və onun əsasında qəbul edilmiş qərarla razı deyil.Belə ki, X12 və X9 öz ərizələri ilə işdən azad olunmuşlar və notarial qaydada təsdiq edilmiş ərizə verərək hər ikisi əmək haqları ödənildiyi üçün şikayət və tələblərinin olmadığını bildirmişlər."xxxx" MMC tərəfindən sərəncam əsasında pul köçürülməsi həyata keçirilir və o, pul köçürülməsindən dərhal sonra şəxslərin pulunu tam şəkildə həyata keçirmişdir.Tərtib edilmiş inzibati qərar əsassız və qanunsuzdur.Bu baxımdan ləğv edilməlidir.Sadalananlardan göründüyü kimi, inzibati cəriməni tətbiq etməklə, hazırki halda sübutların təqdim edilməsinə şərait yaratmamış, işin hallarına təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verməmişdir.Maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin təyin edilməsi əsaslandırılmamışdır.Hüseynov Nazim və İbrahimov Fərhad ərizə verərək əmək haqqının tam ödənildiyini və şikayət tələblərinin olmadıqlarını bildirmişdirlər.Buna baxmayaraq o, qanunsuz və əsassız olaraq cərimə edilmişdir. Şikayətçi X6 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X14 Xidmətinin Bakı şəhər İdarəsi inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin direktoru X3 Nazim Əbülfət oğlu və X5 əmək haqqı və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə cərimə cəzası tətbiq olunmuşdur.Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 20.08.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-53/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-53/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver