Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-531/2023 02.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Dəvəçi rayonu Ağbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Şabran rayonu Ağbaş kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 yanvar 2023-cü il tarixdə taksi kimi işlədiyi “Toyota-Prius” minik markalı **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşmiş vətəndaş X4 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində əxlaqsız təkliflər edərək xırda xuliqanlıq etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-in sahə rəisi, polis mayoru X6 tərəfindən 31 yanvar 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-in sahə rəisi, polis mayoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 29 yanvar 2023-cü il tarixdə taksi kimi işlədiyi “Toyota-Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi tək əyləşmiş vətəndaş X4 yol boyu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində əxlaqsız təkliflər edərək xırda xuliqanlıq etmişdir. Belə ki, vətəndaş X5 xx.xx.2023-cü ildə “UBER” taksi sifarişi aplikasiyası vasitəsilə Masazır qəsəbəsindən Biləcəri qəsəbəsi 300 nömrəli orta məktəbin qarşısına taksi sifariş vermişdir. Sifariş əsasında Şəxs idarə etdiyi “Toyota-Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan ünvana yaxınlaşmış və vətəndaş X5 avtomobilə müştəri kimi əyləşmişdir. Yol boyu T.X1 söhbətə çəkmiş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsinə yaxınlaşarkən birlikdə otelə getməyi təklif etmişdir. Günel Hüseynova ona iradını bildirib, onu sifarişdə qeyd etdiyi ünvana çatdırmasını tələb etsə də, Şəxs onu evinə, daha sonra isə hardasa oturub çay içməyə dəvət edib əxlaqsız təkliflər etmişdir. Günel Hüseynova qeyd olunanları özünə məxsus mobil telefonun səsli yaddaşına yazmışdır. Avtomobildən düşən Günel Hüseynova anası ilə birlikdə Binəqədi RPİ-in 6-cı PB-yə gələrək “Toyota-Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün cəzalandırılmasına dair ərizə yazmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Zərər çəkmiş şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü ildə “UBER” taksi sifarişi aplikasiyası vasitəsilə Masazır qəsəbəsindən Biləcəri qəsəbəsi 300 nömrəli orta məktəbin qarşısına taksi sifariş vermişdir. Sifariş əsasında Şəxs idarə etdiyi “Toyota-Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan ünvana yaxınlaşmış və o, həmin avtomobilə əyləşmişdir. Yol boyu Şəxs onu söhbətə çəkmiş, müxtəlif suallar vermişdir. Biləcəri qəsəbəsinə yaxınlaşarkən isə birlikdə otelə getməyi təklif etmişdir. Ona iradını bildirib sifarişdə qeyd etdiyi ünvana onu çatdırmasını tələb etsə də, Şəxs onu gah evinə, gah da hardasa oturub çay içməyə dəvət edib əxlaqsız təkliflər etməkdə davam etmişdir. Qeyd olunanları özünə məxsus mobil telefonun səsli yaddaşına yazmışdır. Binəqədi RPİ-in 6-cı PB-yə gələrək “Toyota-Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün cəzalandırılmasına dair ərizə yazmışdır. Şəxs əxlaqsız davranışını nəzərə alıb onun ciddi tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, “Toyota-Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarə haqqı verməklə taksi kimi idarə edir. Eyni zamanda taksi sürücüsü kimi müxtəlif mobil aplikasiyalarda qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü ildə “UBER” taksi sifarişi aplikasiyası vasitəsilə Masazır qəsəbəsindən Biləcəri qəsəbəsi 300 nömrəli orta məktəbin qarşısına taksi sifarişi verilmişdir. Sifarişi qəbul edib idarə etdiyi “Toyota-Prius” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qeyd olunan ünvana gəlmişdir. Ünvana çatdıqda sonradan adının Günel olduğunu bildiyi bir qadın avtomobilə əyləşmişdir. Hərəkətə başladıqdan bir qədər sonra Günel ilə onun arasında səmimi söhbət yaranmışdır. Söhbət zamanı Günel Lənkəran şəhərindən yeni gəldiyini, qalmağa yeri olmadığını bildirmişdir. Buna görə o, Günelə oteli getməyi təklif etmişdir. Günel otel ilə razılaşmadıqda isə evinə getməyi təklif etmişdir. Bu zaman məqsədi Günelə qarşı əxlaqsızlıq etmək deyil, onun qalması üçün yer təşkil etmək olmuşdur. Sifariş olunan ünvana çatanda Günel gediş haqqını vermədən avtomobildən düşüb getmişdir. Bir gün sonra Binəqədi RPİ-in 6-cı PB-dən zəng gəlmiş, vətəndaş X4 qarşı əxlaqsız hərəkətlər edərək xırda xuliqanlıq etdiyinə görə sonuncunun şikayəti əsasında Binəqədi RPİ-in 6-cı PB-də başlanmış araşdırmaya dəvət edilmişdir. Dərhal çağırış əsasında həmin polis bölməsinə getmişdir. Orada onu X2 ərizəsi ilə tanış etmişlər. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Günelin əlində onun səs yazısı olsa da, onda Günelin daha əvvəl danışıqlarını təqdiq edən sübutlar yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 29 yanvar 2023-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində taksi kimi əyləşdiyi “Toyota-Prius” minik markalı **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona qarşı əxlaqsız hərəkətlər etdiyinə görə sürücünün məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli AZA 009536 nömrəli protokoldan görünür ki, Şəxs həmin gün saat 15:00-da inzibati qaydada tutulmuşdur. Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxs X2 izahatı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-531/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-531/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver