Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5341/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs «xxxx» şirkətinin nümayəndəsi X2, Zərərçəkmiş şəxs X5 iştirakları ilə, «xxxx» şirkətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Prokurorluğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «xxxx» şirkətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar daxil olmuşdur. Qərardan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 14 radələrində X7 işlədiyi “Camal” LTD şirkətinin nəzdində fəaliyyət göstərən “İceland” dondurma sexində iş vaxtı yıxılaraq xəsarət almışdır. Mahmud Rəhimovun müraciəti “Prokurorluqlardan daxil olan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabı”nda 378 sıra №-si ilə qeydə alınaraq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X8 xx xxx 2020-ci il tarixdə saat 14 scələrində operator (qablaşdırıcı) işlədiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində “Camal” LTD şirkətinin nəzdində fəaliyyət göstərən “İceland” dondurma sexinin istehsal və qablaşdırma sexində hazırlanmış malları liftə yükləmək istəyən zaman ayağı sürüşərək qaldırıcı qurğu olan yük liftinin şaxtasına yıxılmış, nəticədə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almışdır. Belə ki, Məhkəmə-tibb ekspertizasıxxxxxx.xx.2020-ci il tarixli, 1277 №-li rəyindən görünür ki, X5 bədənində aşkar olunmuş xəsarətlər - İ, İİ, İİİ və V bel fəqərələrinin sınıqları bərk küt əşyaxxxx(əşyaların) təsirindən onun MRT müayinəsi üçün ilkin olaraq N.Tusi adına klinikaya müraciət etdiyi xx.xx.2020-ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Mahmud Rəhimovun bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə liftin şaxtasına yıxılması zamanı bərk küt əşyaya (əşyalara) zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/2412 №-li rəyindən görünür ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun’olmayan, yəni kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük lüftindən istifadə olunması hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydalan”xxxx4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”xxxx“Müəssisə direktorunun əmək funksiyası”xxxxtələbləri pozulmuşdur. Mahmud Rəhimovun bədəni üzərində olan xəsarətlər az ağır zərər vurmaya aid edildiyindən həmin xüsusat üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə istinadən xx.xx.2020ci iİ tarixli qərarla rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasında “Camal” LTD şirkətinin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, “Camal” LTD şirkətinin direktoru Şəxs tərəfindən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində müvafiq qaydada texniki müayinələrdən və sınaqlardan keçirilməmiş, dövlət nəzarət orqanlarında qeydiyyata götürülməmiş, eləcə də, mövcud qaydaların tələblərinə uyğun olmayan, konkret olaraq kabinası oyurma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük liftinin istismarına yol verdiyinə görə, “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydalan”xxxx4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”xxxx“Müəssisə direktorunun əmək funksiyası”xxxxtələbləri pozulması nəticəsində Mahmud Rəhimov sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna inzibati xəta haqqında işə baxılmasıxxxxvaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Prokurorluğun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasıxxxxtəxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraata Prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs «xxxx» şirkətinin nümayəndəsi X3 izahatında Şirkətin direktorunun səhvinin olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində sexdə işləyərkən liftin qapısını açmış, yer sürüşkən olduğundan ayağı sürüşmüş və o, liftin üzərinə yıxılmışdır. Bu zaman o, köməyə iş yoldaşlarını çağırmış və onu Medistyle hospitalına aparmışlar. Birinci ay onun müalicəsinə köməklik göstərilsə də, sonradan ona köməklik göstərilməmişdir. O, xəsarət aldığını, karsetdə gəzdiyini, hər gün təyin edilmiş idmanları etmək məcburiyyətində olduğunu bildirmişdir. O, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon prokurorunun inzibati xəta haqqında icraatın başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, «xxxx» şirkətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati icraat başlanılmış, inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/2412 №-li ekspert rəyindən görünür ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük lüftindən istifadə olunması hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları”xxxx4.2.13, 4.2.14, 7.1.1 bəndlərinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4”xxxx“Müəssisə direktorunun əmək funksiyası”xxxxtələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, «xxxx» şirkətinin direktoru Şəxs inzibati xəta törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» şirkətinə məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən dondurma sexində qaydaların tələblərinə uyğun olmayan, yəni kabinası oturma meydançasından aralanan zaman qapıları avtomatik bağlayan qıfıllarla təchiz olunmamış yük lüftindən istifadə olunması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmaqla inzibati xəta törədilməsi müəyyən edilmişdir. Bununla da «xxxx» şirkətinin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs «xxxx» şirkətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «xxxx» şirkətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-5341/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5341/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver